“Bu il Bakı etibarlı bir meydançaya çevrildi”
“2018-ci il ilk növbədə dövlət başçımızın bir sıra səfərlər ilə yadda qaldı. Bu il prezident İlham Əliyev Qərb, MDB ölkələrinə, Rusiya, Belarusiya və Türkmənistana müxtəlif rəsmi səfərlər etdi. Bütün bunlar həmin ölkələrlə Azərbaycan arasında münasibətləri yeni strateji partnyorluq səviyyəsinə qaldırdı”. Bu fikirləri Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov 2018-ci ilin yekunlarından danışarkən deyib.
27 Dekabr 2018 19:00 Siyasət"2018-ci il ilk növbədə dövlət başçımızın bir sıra səfərlər ilə yadda qaldı. Bu il prezident İlham Əliyev Qərb, MDB ölkələrinə, Rusiya, Belarusiya və Türkmənistana müxtəlif rəsmi səfərlər etdi. Bütün bunlar həmin ölkələrlə Azərbaycan arasında münasibətləri yeni strateji partnyorluq səviyyəsinə qaldırdı".
Bu fikirləri Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov 2018-ci ilin yekunlarından danışarkən deyib.
O bildirib ki, bu il ölkə başçımızın "Rusiya 24" kanalına verdiyi müsahibədə çox geniş və ətraflı məqamlara toxunuldu: "Burada faktiki olaraq Dağlıq Qarabağ məsələsi və digər proseslərlə bağlı Azərbaycanın xarici siyasəti açıqlandı. 2018-ci ildə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasını da mühüm addım hesab edirəm. Konvensiya hər 5 Xəzər dövlətinin maraqlarına cavab verir. Bu mübahisədə bir nöqtə qoyuldu. Onu da yaddan çıxarmamaq lazımdır ki, bu il Bakı etibarlı bir meydançaya çevrildi və burada bir sıra görüşlər keçirilib, o cümlədən NATO və Rusiya generalları ölkəmizdə görüşüb. Bu, özü-özlüyündə Azərbaycanın stabilliyinə işarədir və onu təsdiq edir".
Politoloq əlavə edib ki, ilin axırında Avropa Parlamenti çox mühüm bir qətnamə qəbul edib: "Bu qətnamədə Azərbaycanın Dağlıq Qarabağ ərazisi Azərbaycana məxsus olan bir region kimi təsdiqlənib. Yəni Azərbaycanın ərazi bütövlüyü yeni bir sənədlə təsdiqlənib və bu da mühüm bir məqamdır".
azadinform