Fransa nədən insanları terrora çağıran şəxsi himayə edir?
Azərbaycanın ayrı-ayrı dövlətlərlə münasibətdə xarici siyasətinin ana xəttini qarşılıqlı anlaşma və bərabərhüquqlu əməkdaşlıq təşkil edir. Elə Azərbaycanla Fransa arasındakı əlaqələr həm regionda sabitlik, həm də bölgənin inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Lakin təəssüf ki, son vaxtlar Fransanın ölkəmizə qarşı sərgilədiyi münasibət qətiyyən başa düşülən deyil. Fransanın ATƏT-in Minsk qrupunun həmsədri olduğunu nəzərə alsaq Azərbaycana qarşı münasibətdə ikili standartın yersiz olduğu qənaətinə gəlmiş olarıq. Məlum olduğu kimi Fransanın bir neçə bələdiyyə rəhbəri tərəfindən Azərbaycan
26 Dekabr 2018 17:48 SiyasətAzərbaycanın ayrı-ayrı dövlətlərlə münasibətdə xarici siyasətinin ana xəttini qarşılıqlı anlaşma və bərabərhüquqlu əməkdaşlıq təşkil edir. Elə Azərbaycanla Fransa arasındakı əlaqələr həm regionda sabitlik, həm də bölgənin inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Lakin təəssüf ki, son vaxtlar Fransanın ölkəmizə qarşı sərgilədiyi münasibət qətiyyən başa düşülən deyil. Fransanın ATƏT-in Minsk qrupunun həmsədri olduğunu nəzərə alsaq Azərbaycana qarşı münasibətdə ikili standartın yersiz olduğu qənaətinə gəlmiş olarıq. Məlum olduğu kimi Fransanın bir neçə bələdiyyə rəhbəri tərəfindən Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfərlər həyata keçirilib və bununla da beynəlxalq hüququn norma və prinsipləri, eləcə də Azərbaycanın qanunlarını kobud şəkildə pozulub. Bu isə o deməkdir ki, Fransada Azərbaycana qarşı qərəzli mövqe tutan xüsusi bir qrup fəaliyyət göstərir. Qondarma "Dağlıq Qarabağ rejimi" ilə dostluq qrupu bu istiqamətdə "böyük xidmətlər" göstərir. Erməni lobbisi tərəfindən maliyyələşdirilən, dəstəklənən, onun faktiki ruporuna çevrilən kəsim ölkəmizə qarşı qərəzli mövqedə dayanıblar. Həmin qrup xüsusi sifariş əsasında Azərbaycan-Fransa münasibətlərinə xələl gətirən fəaliyyətlə məşğuldur. Fransanın Vidadi İsgəndərli kimi qeyri-qanuni, pozuciu və cinayətkar fəaliyyət göstərən birisinə şərait yaratması dediklərimizə bir nümunədir. Özünü demokratiyanın beşiyi adlandlran Fransa dərk etməlidir ki, insanları zorakılığa, terrora çağırmaq, qeyri-konstitusion davranışa sövq etmək suveren xalqın iradəsinə, demokratiya normalarına, habelə beynəlxalq qanunvericiliyə ziddir. Şübhəli şəkildə Fransada "siyasi sığınacaq" almış, bu ölkədə yaşayaraq Azərbaycanın dövlət institutlarını və simvollarını ən eybəcər formada təhqir edən, xlaqı konstitusion quruluşu devirməyə çağıran Vidadi İsgəndərli adlı şəxsin qanunsuz və cinayətkar fəaliyyətinə hər cür şərait yaradılması yolverilməzdir.
Xatırladaq ki, Vidadi İsgəndərli Azərbaycanda olarkən heç bir siyasi fəaliyyət göstərməmiş və buna görə də "siyasi mühacir" sayıla bilməz. O, vaxtilə işlədiyi dövlət orqanından yol verdiyi ciddi nöqsanlara görə çıxarıldıqdan sonra qisas almaq məqsədilə Azərbaycanda pozuluculuq fəaliyyəti göstərmiş, sosial şəbəkələrdə yerləşdirdiyi videolarda iğtişaşlar törədəciyini, hakimiyyəti devirəcəyini dəfələrlə bəyan etmişdir. Bu fakt həmin adamın Azərbaycan xalqının iradəsinə hörmətsizliyini və qanunazidd əməllər törətdiyini aydın şəkildə göstərməklə yanaşı, həm də onun psixoloji cəhətdən adekvat olmadığını anlamaq üçün kifayətdir. Bu, Azərbaycan dövlətinə və millətinə qarşı açıq-aşkar təxribat və hörmətsizlikdir. Belə bir şəxsə Fransada sığınacaq verilməsi, onun fəaliyyətinə hər cürə şərait yaradılması Fransa hakimiyyətinin Azərbaycana münasibətdə səmimiliyini şübhə altına qoyur. Odur ki, Fransa dövləti, bu ölkənin aidiyyəti orqanlarını Vidadi İsgəndərlinin teror və zorakılıq çağırışlarına diqqət yetirməli və müvafiq tədbirlər görməlidirlər. Siyasi ekspertlər hesab edirlər ki, Fransanın bu hərəkətləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə də əngəllər yaradır, Fransanın vasitəçilik missiyasına ciddi xələl gətirir. Əslində isə Fransa ATƏT-in Minsk qrupunun həmsədri, həm də BMT-nin Təhlükəsizlik Şurasının üzvü olaraq Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxarılması ilə bağlı bəyanatlarla çıxış etməlidir. Lakin görünən ondan ibarətdir ki, Fransa Minsk qrupunun həmsədri kimi ortya konkret mövqe qoymaq əvəzinə, terrora, insanları itaətsizə çağıran şəxsi himayə edir. Bu baxımdan, Azərbaycan ictimaiyyəti Fransa dövlətindən Vidadi İsgəndərli tədbir görülməsini tələb etməkdə haqlıdır.