Ermənistanın daxili və xarici siyasəti iflasa məhkumdur

Bunu işğalçı dövlətin siyasi ekspertləri də təsdiq edir

Yola salmağa hazırlaşdığımız 2018-ci il Azərbaycan üçün bir sıra uğurları ilə yadda qalıb. Azərbaycan bu müddət ərzində uğurla inkişaf edərək  qarşıda duran bütün vəzifələr artıqlaması ilə yerinə yetirilib. Nəticədə ölkəmiz hərtərəfli inkişaf edərək daha da güclənib. Statistik göstəricilər deməyə əsas verir ki, il ərzində siyasi, iqtisadi, sosial və humanitar sahələrdə ciddi uğurlar əldə edilib.Azərbaycanın iqtisadi-siyasi uğurlarını əsaslandıran əsas amillər möhkəm siyasi sabitliyin olması, iqtisadiyyatın şaxələndirilməsi ilə əhatəli islahatların həyata keçirilməsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi inkişaf modeli ölkəmizin dayanıqlı iqtisadi yüksəlişini təmin etməkdədir. Qlobal böhranın hələ də davam etdiyi şəraitdə Azərbaycan özünün stabil inkişafını qoruyub saxlayıb, neft gəlirlərindəki azalmalara baxmayaraq şaxələndirilmiş iqtisadiyyatın digər istehsal sahələrində artım hesabına milli gəlirin həcminin artımını təmin edib. Azərbaycanda əldə edilən naliyyətlər Beynəxalq Valyuta Fondu, Dünya İnkişaf Bankı kimi beynəlxalq maliyyə qurumları tərəfindən də təsdiq edilir. Əldə edilən müsbət dinamika növbəti ilin də Azərbaycan üçün uğurlu olacağını söyləməyə əsas verir.

Azərbaycandan fərli olaraq işğalçı dövlət olan Ermənistanda siyasi və iqtisadi tənəzzül davam etməkdədir. Dərin iqtisadi və siyasi böhran içərisində boğulan Ermənistanda ictimai-siyasi vəziyyət gərgin olaraq qalır. Nikol Paşinyan Ermənistanın baş naziri seçildikdən bu günə qədər işğalçı ölkədə heç nə dəyişməyib. Əksinə, vəziyyət gündən-günə pisləşməkdə davam edir. Ölkədə daxili böhran, xarici siyasətdə isə iflas müşahidə olunmaqdadır. Ermənistan həm də klanlararası qalmaqallar bataqlığındadır. Artıq erməni xalqı da anlayır ki, Nikol Paşinyan hakimiyyəti ölkənin inkişafı üçün heç nə edə bilməyəcək. Çünki, hələ də ölkə seçki saxtakarlığının eyforiyasından çxa bilməyib.Ölkənin siyasi institutlarının analizləri fikrimizi bir daha təsdiq etmiş olur. Belə ki,Ermənistanın Respublikaçılar Partiyasının mətbuat katibi Eduard Şarmazanov cari ildə işğalçı dövlətin uğursiz siyasətinin detallarını açıqlayıb: "Ermənistan baş nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı fəxr edir ki, Konstitusiyanın qəbulundan sonra ilk dəfə Konstitusiya Məhkəməsinə parlament seçkisinin nəticələrindən şikayət verilməyib".

O, Paşinyanın hakimiyyəti dönəmində baş verənlərin "Top-10" reytinqini də tərtib edib. Şarmazanovun cari il üçün tərtib etdiyi "Top-10" reytinq cədvəlində göstərilir ki, ilk dəfə olaraq ölkənin Diaspor Nazirliyi qapadılıb: "Bizim artıq Mədəniyyət Nazirliyimiz olmayacaq". Əslində Paşinyanın belə bir addım atması onun erməni diasporu ilə ziddiyyətlərinin nəticəsli kimi qəbul edilməlidir. Məlumdiur ki, erməni diasporu Paşinyanın daxili və xarici siyasətinə qarşı çıxır, onun Rusiya ilə münasibətlərdə tutduğu mövqeyi qətiyyətlə pisləyir. Bu isə o anlama gəlir ki, erməni diasporu Paşinyanın Qərblə Rusiya arasında çabalamasının fərqlindədir.

Reytinq cədvəlində daha sonra göstərilir ki, ilk dəfə Ermənistan KTMT baş katibi vəzifəsindən məhrum edildi. Etiraf edilməılidir ki, bu hadisə Ermənistanın xarici siyasətinin tamamilə iflasa uğramasının göstəricisidir. Belə məlum olur ki, Ermənistanın təmsil olunduğu KTMT üzvləri bu ölkəyə qətiyyən etimad göstərmir və onun təşkilata hər hansı töhvə verəcəyinə inam yoxdur. Xatırladaq ki, Ermənistan bir vaxtlar Azərbaycanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə təhdid edirdi. Hətta iş o yerə çatmışdı ki, yüksək çinli bir erməni zabiti istədiyi vaxt bu hərbi-siyasi blokun gücündən Dağlıq Qarabağda Azərbaycana qarşı istifadə edə biləcəyini buna heç kəsin mane ola bilməyəcəyini söyləyirdi. Bu fakt isə Ermənistan hərbi-siyasi baxımdan iflasa uğradığının birbaşa göstəricisidir. Reytinq cədvəlində qeyd olunur ki, ilk dəfə minlərlə vətəndaş yeni ili işsiz kimi qarşılayacaq. Xatırladaq ki, il ərzində işğalçı dövlətdə əhalinin məşğulluq probleminin həlli istiqamətində heç bir addım atılmayıb. Məhz bu səbədən insanlar ölkəni tərk etmək məcburiyyətində qalıb. Məlumata görə, hər hün yüzlərlə insan Ermənistanı tərk edərək Rusiya və Avropa ölkələrinə üz tutur.

Şarmazanovun cəmi 8 ayda baş verən "iflaslar toplusu"nda o da qeyd edilir ki,  İlk dəfə "Qarabağ qəhrəmanı" və "Qarabağın prezidentləri" həbs edildi; İlk dəfə "Qarabağ azadlıq müharibəsi" hakimiyyətin "damp-dump" ilə ələ keçirilməsindən daha az vacib oldu; İlk dəfə real müxalifət olmayan parlamentə sahib olacağıq; İlk dəfə Müqəddəs Eçmiədzinin dəftərxanası işğal edildi; İlk dəfə bütün ermənilərin katolikosuna hücum oldu; İlk dəfə homoseksuallar polisə hücum etdi; İlk dəfə ölkə başçısı xalqını qaralar və ağlara böldü.

Sadalanan faktlar deməyə əsas verir ki, işğalçı dövlətdə kriminal xunta hakimiyyəti zəbt edib, yalnız öz maraqlarına cavab verən "islahatlar"ı həyata keçirir. Bu halda Ermənistanda siyasi böhranın bundan sonra da davam edəcəyini proqnozlaşdırmaq elə də çətin deyil. Başqa sözlə, nə qədər ki, Azərbaycan torpaqları işğal altındadır Ermənistan nəinki sosial-iqtisadi baxımdan eləcə də hərbi-siyasi baxımdan iflasa məhkumdur.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31