"Azərbaycan dünyanın nüfuzlu bir ölkəsi olaraq qiymətləndirilir"

"Bu gün Azərbaycan dünyada sadəcə bölgə, bölgə ölkələri ilə deyil, ümumilikdə bütün dünya ölkələri ilə mehriban, sabit, stabil münasibətləri yarada bilmək və onu inkişaf etdirmək baxımından əlbəttə ki, seçilir və əhəmiyyətli bir yerdə gəlir". Bunu millət vəkili Jalə Əliyeva deyib.

Deputatın sözlərinə görə, Azərbaycanın get-gedə artan nüfuzu, durmadan böyüyən iqtisadi, siyasi, sosial sənaye potensialı sözsüz ki, hər keçən gün Azərbaycana daha çox strateji tərəfdar və dost qazandırır. Azərbaycan sözün əsl mənasında bu gün dünyanın hörmətlə yanaşdığı və nüfuzlu bir ölkəsi olaraq qiymətləndirilir. Azərbaycan hər bir zaman tarixinin bütün dövrlərində və xüsusilə də müstəqillik qazandıqdan sonra bütün qonşu ölkələrlə, eyni zamanda dünya ölkələri ilə yaxın tərəfdaşlıq və əməkdaşlıq münasibətlərinə üstünlük vermişdir. Azərbaycanı digər bütün ölkələrdən fərqləndirən ən əhəmiyyətli müsbət cəhətlərdən birincisi ölkəmizin tolerantlığa, dünyəviliyə, qloballaşmağa açıq olması və eyni zamanda milli-mənəvi dəyərlərini qoruya bilməsidir.

Əgər qonşu ölkələrdən danışırıqsa, qonşu ölkələrdən biri olaraq Rusiya ilə də münasibətlərimiz hər bir zaman bizim üçün əhəmiyyətli olub. Bir məqamı unutmayaq ki, Azərbaycan 70 il SSRİ məkanının bir Sovet respublikası olub. SSRİ parçalandıqdan sonra da Azərbaycanın həmin günə qədər üzvü olduğu İttifaq ölkələri ilə və o ölkələrdən biri olan Rusiya ilə münasibətləri hər bir zaman qoruyub və inkişaf etdirib. 2018-ci il də bu münasibətlərin stabilləşməsi və daha da inkişaf etdirilməsi baxımından çox əhəmiyyətli bir il olaraq düşünürük ki, həm Rusiya tarixinə, həm də Azərbaycan tarixinə daxil olub. Bir sözlə, regionda bu iki ölkənin var olması, əlbəttə ki, böyük bir inkişafdan və ümidli bir gələcəkdən xəbər verir".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31