Paşinyanı ağır siyasi proses gözləyir

Aprel inqilabından sonra istər daxili, istərsə də xarici siyasətdə ciddi şəkildə uğursuzluqlarla üzləşən Paşinyan hökuməti Qərblə Rusiya arasında seçim etməkdə hələ də çətinlik çəkir. Daha çox Qərbə meyillənməsinə baxmayaraq qarşı tərəfdən eyni münasibəti görməyən İrəvan deyəsən Rusiya seçiminə üstünlük verməli olur. Hər halda son günlər intensivləşən qarşılıqlı səfərlər, eləcə də iki ölkə rəsmiləri arasında aparılan telefon danışıqları belə deməyə əsas verir.

Aprel inqilabından sonra istər daxili, istərsə də xarici siyasətdə ciddi şəkildə uğursuzluqlarla üzləşən Paşinyan hökuməti Qərblə Rusiya arasında seçim etməkdə hələ də çətinlik çəkir. Daha çox Qərbə meyillənməsinə baxmayaraq qarşı tərəfdən eyni münasibəti görməyən İrəvan deyəsən Rusiya seçiminə üstünlük verməli olur. Hər halda son günlər intensivləşən qarşılıqlı səfərlər, eləcə də iki ölkə rəsmiləri arasında aparılan telefon danışıqları belə deməyə əsas verir.

İndiki situasiyada Ermənistanın Rusiyaya meyillənməsinin digər bir səbəbi isə Moskva tərəfindən İrəvana artan təzyiqlərlə bağlıdır desək yanılmarıq. Rusiyanın "Qazprom" şirkətinin Ermənistana satacağı qazın qiymətini artıracağı barədə xəbərlərin gündəmə gəlməsi, bu günlərdə Rusiya Federasiyasının prezidenti Vladimir Putinin keçirdiyi mətbuat konfransında İrəvana yönıəlik xəbərdarlıq mesajları məhz Ermənistanın Rusiya. Yaxud Qərb seçimi etməkdə tələsməməsinə yönəlik bir təzyiq vasitəsidir.  Bütün bunların fonunda Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın Rusiyaya nəzərdə tutulan səfəri iki ölkə arasında  münasibətlərə aydınlıq gətirilməsi baxımından əlverişli hesab oluna bilər.

Bəs, Nikol Paşinyanın Rusiyaya səfəri zamanı hansı məsələlər müzakirə edilə bilər? Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyir ki, Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyanın Rusiya Federasiyasına səfəri çərçivəsində Vladimir Putinlə görüşündə Qarabağ münaqişəsinin əsas danışıqların predmeti olacağı şübhəsizdir. Onun sözlərinə görə, çünki, konflikt əttrafında rəsmi Yerevanın siyasəti Kremli narahat edir: "Qeyd edim ki, bu münaqişədən istifadə edərək Rusiya regionda xüsusilə Ermənistanda öz təsir gücünü saxlayır.  Ermənistanın indiki rəhbərliyinin birbaşa Azərbaycanla dialoqundan Kreml narahatdır və münaqişənin öz moderatorluğunda qalmağında maraqlıdır. Hazırda növbəti aydan danışıqlar prosesinin yeni raundu gözlənilir və əvvəlki danışıqılardan fərqli olaraq Milanda ATƏT xarici işlər nazirləri rəhbərlərinin konfransında hər iki tərəfin birgə razılaşdığı bəyanat üzrə danışıqlar prosesi keçiriləcəyi planlaşdırlır. Göründüyü kimi hazırkı prosesdə Rusiyanın rolu zəiflədiyinə görə Moskva çalışacaq prosesə təsir gücünü saxlasın. Bundan əlavə, gözlənilən Rusiyanın Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrovun və sözçüsü Mariya Zaxarovanın Qarabağ münaqişəsinin həlli ilə bağlı Yerevan və Bakı arasında dialoqun yaradılması və kreativ ideyaların işlənib hazırlanmasını qeyd emələri, hazırkı prosesi tormuzlamağa hesablanıb.. Məgər onlar görmürlər ki, birbaşa danışıqlara başlamaq mərhələsindədir və müəyyən şifahi razılaşamlarda var?. Demək, Rusiya prosesi tormozlamağa çalışır. Göründüyü kimi Yereevan və Bakı arasında xüsusi operativ rabitənin olmasına rəğmən və Düşənbədə prezident İlham Əliyevlə Nikol Paşinyan arasında şifahi razılğa baxmayaraq Moskva prosesə müdaxilə edir və danışıqlar prosesini pozmağa çalışır".

Politoloq hesab edir ki, əgər, Yereavanla Bakı üçünücü tərəf olmadan danışıqlara başlasa, münaqişənin həllində irəlləyiş gözlənilir: "Hazırda münaqişə ətrafında müəyyən gözləntilər olduğu bir situasiyada Moskva prosesi əngəlləməyə çalışacaq. Vladimir Putin Nikol  Paşinyanla görüşündə Qarabağ münqişəsinin həllində öz vasitəçiliyini xüsusi qeyd edəcək və status-kvonu saxlamağı tapşıracaq. Bir daha güzəştə getməməyi, bu prosesdə Ermənistanın arxasında olacağını qeyd etməsi mümkündür. Biz Nikol Paşinyanın Moskva səfərindən sonra Qarabağ münaqişəsi ilə bağlı danışıqlara zərbə vuran açıqlamalar görsək, bu Rusiyadan qaynaqlanacaq. Əgər, Nikol  Paşinyan praqmatik olarasa, öz inqilabi islahatlarına sadiq qalacaqsa Rusiyanın nə deməyindən asılı olamayaraq Qarabağ münaqişəsinin real həlli istiqamətində Azərbaycanla danışıqlara gedəcək. Qeyd edim ki, Nikol Paşinyan Vladimir Putinin münaqişə ilə bağlı təklifini qəbul edərsə, onu ölkəsində növbəti mərhələdə ağır siyasi proses gözləyir".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31