Gələn il Dağlıq Qarabağ münaqişəsinin nizamlanması işində də müsbət irəliləyişlər olacaq

İlham Əliyev: “Ermənistanın yeni rəhbərliyinin planlarını həyata keçirməsi üçün yeganə yol Azərbaycanla münaqişənin nizamlanması yoludur”

İlham Əliyev: "Ermənistanın yeni rəhbərliyinin planlarını həyata keçirməsi üçün yeganə yol Azərbaycanla münaqişənin nizamlanması yoludur"

Artıq 2018-ci il də başa çatmaq ərəfəsindədir. Cari ildə əldə edilən nailiyyətlər, qazanılan uğurlara diqqət etsək görərik ki, əvvəlki illər kimi 2018-ci il də Azərbaycan üçün çox uğurlu olub. Bütün istiqamətlərdə əldə edilən nailiyyətlər belə deməyə əsas verir. Ölkədə Ümumi Daxili Məhsulun həcmi artıb, əhalinin sosial rifah halının daha da yüksəldilməsi istiqamətində məqsədyönlü addımlar atılıb və tədbirlər həyata keçirilib, iqtisadiyyatda dinamik inkişaf templəri qeydə alınıb. Bir sözlə başa vurmaqda olduğumuz 2018-ci il Azərbaycan üçün uğurlarla yadda qalıb. Lakin bir məsələ, Dağlıq Qarabağ problemi istisna olmaqla. Düzdür, sözügedən problemin həlli istiqamətində Azərbaycanın səyləri daha da artıb, eləcə də onun ortaya qoyduğu prinsipial mövqenin dünya tərəfindən qəbul edilməsi intensiv xarakter alıb. Məhz Azərbaycanın həyata keçirdiyi uğurlu diplomatiya və xarici siyasət kursu nəticəsində Dağlıq Qarabağ probleminin həlli məsələsində rəsmi Bakının mövqeyini dəstəkləyən dövlət və təşkilatların sayı artıb. Əgər bu bir tərəfdən aparılan məqsaədyönlü xarici siyasət kursu ilə əlaqədardırsa, digər  tərəfdən Azərbaycanın bu problemin həlli məsələsində haqq yolunda olması, beynəlxalq hüquq və prinsiplərə üstünlük verməsi ilə bağlıdır.  Təsadüfi deyil ki, il ərzində keçirilən əksər beynəlxalq təşkilatların, qurumların qəbul etdikləri qətnamə və sənədlərdə, eləcə də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin xarici ölkələrə səfərləri zamanı dövlət başçıları səviyyəsində imzalanan bəyanatlarda da qeyd etdiyimiz məqam öz əksini tapıb, Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq və prinsiplər çərçivəsində, ölkələrin ərazi bütövlüyünün tanınması və bərpa edilməsi müstəvisində həllinin vacibliyi vurğulanıb. Bütün bunlar 2018-ci il ərzində Dağlıq Qarabağ probleminin həlli istiqamətində rəsmi Bakının əldə etdiyi müsbət dividentlərdir ki, bu da qarşıdan gələn 2019-cu ilin münaqişənin həlli istiqamətində daha məhsuldar və ümidverici il olacağını söyləməyə əsas verir. Təsadüfi deyil ki, elə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də bunu istisna etmir. Dövlət başçısı bu günlərdə Rusiya Federasiyasının nüfuzlu "Rossiya-24" telekanalına verdiyi müsahibə də bu məqam öz əksini tapıb. Dövlət başçısı telekanala verdiyi müsahibədə ümid etdiyini bildirib ki, 2019-cu ildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması işində də müsbət irəliləyişlər olacaq

Dağlıq Qarabağ probleminin həlli istiqamətində 2019-cu ildə ümidverici addımların atılacağına olan ümidlər bir neçə amillə bağlıdır. Ən birinci amil yuxarıda qeyd etdiyimiz kimi Azərbaycanın artan diplomatik uğurları və məqsədyönlü şəkildə həyata keçirilən xarici siyasət kursu nəticəsində rəsmi Bakının beynəlxalq aləmdəki mövqelərinin möhkəımlənməsi və ölkəmizin maraqlarının müdafiəçilərinin çoxalmasıdır.

Digər bir amil isə Azərbaycanın artan diplomatik uğurları fonunda Ermənistanın xarici siyasət sahəsində uğursuzlqlarla üzləşməsidir. Aprel inqilabından sonra işğalçı ölkədə formalaşan yeni hakimiyyət bu günə qədər də Ermənistanı hansı istiqamətə aparacağını müəyyən edə bilməyib. Gah Avropa, Qərbə, gah da Rusiyaya meyil edən İrəvanın bu qeyri-müəyyənliyi onun qeyri-ciddi dövlət imicini formalaşdırır. Təbii ki,  bu amil də öz-özlüyündə Azərbaycanın şanslarını artırmış olur.

Digər tərəfdən aprel inqilabından sonra Ermənistanda baş verən hadisələr də işğalçı ölkə hakimiyyətinin əsas diqqətini Qarabağdan daxili siyasi sabitliyi bərpa etməyə yönəldib.

Hər nə qədər Paşinyan hökuməti Qarabağ problemi ilə dəı məşğul olduğu görüntüsü yaratmağa çalışsa da. Lakin indiki situasiyada inqilabçı lideri düşündürən əsas məsələ öz kreslosunu qoruyub saxlamaqdır.  Ancaq Paşinyanın buna nə dərəcəd nail ola biləcəyi şübhə altındadır. Çünki hazırda ac-yalavac erməniıləri yalnız xoş güzaran düşündürür.  Erməni xalqının bu fəlakətdən, aclıq sindromundan xilas olmasının yeganə yolu isə Azərbaycanın işğal altında olan ərazilərinin bu işöaldan azad edilməsindən keçir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də sözügedən müsahibədə bildirib ki, Ermənistanın yeni rəhbərliyinin planlarını həyata keçirməsi üçün yeganə yol Azərbaycanla münaqişənin nizamlanması yoludur

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31