Oqtay Əsədov Həsən Ruhani ilə görüşüb

İran İslam Respublikasında rəsmi səfərdə olan Milli Məclisin Sədri Oqtay Əsədovun rəhbərlik etdiyi  nümayəndə heyəti İran Prezidenti Həsən Ruhani ilə görüşüb. MM-dən "Olaylar"a verilən məlumata görə, Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını İran Prezidenti Həsən Ruhaniyə çatdırıb. Söhbətdə bildirilib ki, iki ölkənin dövlət başçıları arasında son dövrdə keçirilən intensiv görüşlər və aparılan danışıqlar əməkdaşlığımızın daha da dərinləşməsi üçün yaxşı zəmin yaradır.  Görüşdə ölkələrimiz arasındakı münasibətlərin mövcud vəziyyəti və perspektivləri müzakirə olunub. Qeyd edilib ki, İran ilə Azərbaycan arasındakı münasibətlər tarixi köklərə və ənənələrə söykənir. Söhbətdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında danışıqlar aparılıb.Həmin gün nümayəndə heyəti İran İslam Şurası Məclisinin  sədri Əli Laricani ilə görüşüb.

Görüşdə ikitərəfli münasibətlər, parlamentlərarası əlaqələr, işçi qruplarının fəaliyyəti və qanunvericilik sahəsində təcrübə mübadiləsi məsələləri müzakirə olunub. Səfər çərçivəsində Milli Məclisin Sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti ölkənin Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Şəmxani və xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşüb. Bu görüşlərdə ölkələrimiz arasında həyatın müxtəlif sahələrində əlaqələrin inkişafı, parlamentlərarası münasibətlərin daha da dərinləşməsi, regiondakı ictimai-siyasi vəziyyət barədə söhbətlər aparılıb. Parlament nümayəndə heyətinin İran İslam Respublikasına səfəri davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31