"Rusiya və Azərbaycan rəhbərləri arasındakı dostluq, bu ölkələri ciddi tərəfdaşa, strateji müttəfiqə çevirib"
"Rusiya və Azərbaycan rəhbərləri arasındakı dostluq, bu ölkələri ciddi tərəfdaşa, strateji müttəfiqə çevirib". Bunu millət vəkili Arif Rəhimzadə deyib.
25 Dekabr 2018 18:34 Siyasət"Rusiya və Azərbaycan rəhbərləri arasındakı dostluq, bu ölkələri ciddi tərəfdaşa, strateji müttəfiqə çevirib".
Bunu millət vəkili Arif Rəhimzadə deyib.
Onun sözlərinə görə, Rusiya lideri Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevin dostluq əlaqələri illərdir davam edir:
"Aydındır ki, V.Putinlə İ.Əliyev arasında yaxşı dostluq münasibətlər var. Həmin münasibətlər bizi narahat edən məsələlərin həllinə müsbət təsir göstərir və göstərəcək . Hər bir dövlətin istər qonşu, istərsə də digər ölkələrlə yaxşı, ürəkaçan əlaqələri olmalıdır.
Prezident İlham Əliyevin siyasətində də bunu aydın müşahidə etmək mümkündür. Ermənistandan başqa Azərbaycanın heç bir dövlətlə problemi yoxdur. Rusiya Azərbaycanın şimal qonşusu, bir çox layihələrdə strateji tərəfdaşıdır.
Bu iki ölkə arasında əlaqələrdə yüksək dinamika mövcuddur. Düşünürəm ki, Rusiya və Azərbaycan arasında olan münasibətlər hər iki ölkəyə böyük iqtisadi səmərə bəxş edir".
sherg.az