Oqtay Əsədov İrana səfər edir

Dekabrın 25-26-da Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti İran İslam Respublikasında rəsmi səfərdə olacaq.

Dekabrın 25-26-da Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti İran İslam Respublikasında rəsmi səfərdə olacaq. MM-dən "Olaylar"a bildirilib ki, nümayəndə heyətinin tərkibinə parlamentin komitə sədrləri Eldar İbrahimov, İsa Həbibbəyli, Hadi Rəcəbli, deputatlardan Hüseynbala Mirələmov, Şəmsəddin Hacıyev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.  Ölkənin paytaxtı Tehranda parlamentin Spikerinin İran İslam Respublikasının Prezidenti Həsən Ruhani, İslam Şurası Məclisinin Sədri Əli Laricani, Milli Təhlükəsizlik üzrə Ali Şuranın katibi Əli Şamxani, xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşləri nəzərdə tutulmuşdur. Bu görüşlərdə iki ölkə arasında əməkdaşlığın daha da dərinləşməsi, parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılacaq.  Səfər çərçivəsində nümayəndə heyətimizin üzvləri Urmiya şəhərində olacaqlar. Burada deputatlarımızın Qərbi Azərbaycan vilayətinin valisi Məhəmməd Mehdi Şəhriyarla görüşü gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31