S-1 professional döyüş liqasının İdarə Heyəti toplandı
Dünya Alpaqut Federasiyasının tərkibində S-1 professional döyüş liqasının İdarə Heyətinin iclası keçirilib. İclası giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri, S-1 professional döyüş liqasının prezidenti Hikmət Şikarov gündəlikdə duran məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.
25 Dekabr 2018 13:26 SiyasətDünya Alpaqut Federasiyasının tərkibində S-1 professional döyüş liqasının İdarə Heyətinin iclası keçirilib. İclası giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri, S-1 professional döyüş liqasının prezidenti Hikmət Şikarov gündəlikdə duran məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.
Olaylar.az xəbər verir ki, İlqam Əskərov S-1 profesional döyüş liqası prezidentinin köməkçisi, Məhəmməd Babayev baş katib, Zaur Əsgərov katib, Nazim Mövsümzadə liqanın direktoru, Günel Məmmədova mətbuat katibi, Əli Mirzəyev Hakimlər Komitəsinin sədri vəzifələrinə təyin edilib.
İclasın gündəliyində duran ikinci məsələ - 2019-cu ilin ilk yarısında keçiriləcək turnir və yarışlar barədə çıxış edən Şərq döyüş növləri üzrə əməkdar idman ustası, dünya və Avropa çempionu, bir sıra beynəlxalq turnirlərin qalibi Mərdan Vəliyev 2019-cu ilin mart ayında S-1 professional döyüş liqasının təşkilatçılığı ilə keçiriləcək "Heydər Əliyev Kuboku" beynəlxalq turnirinə hazırlıq işləri barədə məlumat verdi.
S-1 profesional döyüş liqasının vitse-prezidenti, Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini İsmayıl Əliyev "Heydər Əliyev Kuboku" beynəlxalq turnirinin önəmini qeyd edərək, hazırlıq işlərinin təşkili ilə bağlı tövsiyyə və təkliflərini verdi.