Elmar Məmmədyarov Braziliyanın yeni təyin olunmuş səfirini qəbul edib
Xarici işlər naziri Elmar Məmmədyarov Braziliya Federativ Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunan səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruzu qəbul edib.
25 Dekabr 2018 13:00 SiyasətXarici işlər naziri Elmar Məmmədyarov Braziliya Federativ Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunan səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruzu qəbul edib. XİN-dən "Olaylar"a bildirilib ki, görüş zamanı tərəflər iki ölkə arasındakı münasibətlərin hazırkı durumunu yüksək qiymətləndirdilər, eyni zamanda münasibətlərin daha da inkişafı üçün böyük potensialın mövcud olduğunu qeyd ediblər. Tərəflər Azərbaycan və Braziliya arasında yüksək səviyyəli qarşılıqlı səfər mübadiləsinin ikitərəfli əməkdaşlığın daha da irəli aparılması baxımından vacibliyini ifadə ediblər.
Səfir Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib. Nazir Elmar Məmmədyarov Braziliyanın yeni təyin olunmuş səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb.