Səudiyyə Ərəbistanının yeni səfiri Bakıya gəlib

Xarici işlər naziri Elmar Məmmədyarov Səudiyyə Ərəbistanı Krallığının Azərbaycana yeni təyin olunan səfiri Hamad Abdulla Xudayiri qəbul edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı ikitərəfli siyasi münasibətlərin inkişafından məmnunluğunu ifadə edən tərəflər iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətini, o cümlədən biznes forumların keçirilməsinin vacibliyini vurğulayıblar.

Habelə tərəflər enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Səfir Hamad Abdulla Xudayir etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

E.Məmmədyarov Səudiyyə Ərəbistanının yeni təyin olunan səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb. 

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31