Ermənistan sosial partlayış həddində
Rusiya ilə Ermənistan arasında qeyri-müəyyən vəziyyət davam etməkdədir. Məzhəkəli aprel inqilabından sonra hakimiyyəti zor gücü ilə zəbt edən Nikol Paşinyanın daxili siyasətdə olduğu kimi, xarici siyasətdə də atmış olduğu səriştəsiz və təcrübəsiz addımlar İrəvanın hətta ən yaxın müttəfiqləri ilə yollarının ayrılmasına gətirib çıxarıb. Kollektiv Təhlükısizlik Müqaviləsi Təşkilatında üzləşdiyi uğursuzluq, Rusiya ilə münasibətlərdə yaşanan gərginlik və digər bu kimi amillər Moskva ilə İrəvan arasında sözün əsl mənasında problemlərə yol açıb.
24 Dekabr 2018 15:05 SiyasətRusiya ilə Ermənistan arasında qeyri-müəyyən vəziyyət davam etməkdədir. Məzhəkəli aprel inqilabından sonra hakimiyyəti zor gücü ilə zəbt edən Nikol Paşinyanın daxili siyasətdə olduğu kimi, xarici siyasətdə də atmış olduğu səriştəsiz və təcrübəsiz addımlar İrəvanın hətta ən yaxın müttəfiqləri ilə yollarının ayrılmasına gətirib çıxarıb. Kollektiv Təhlükısizlik Müqaviləsi Təşkilatında üzləşdiyi uğursuzluq, Rusiya ilə münasibətlərdə yaşanan gərginlik və digər bu kimi amillər Moskva ilə İrəvan arasında sözün əsl mənasında problemlərə yol açıb. Hər nə qədər Kreml İrəvandan bir qədər yaxınlıq gözləsə də. Lakin Ermənistan rəhbərliyi hələ ki. Rusiyadan daha çox Qərbə meyillənməyə üstünlük verir. Maraqlısı isə odur ki, elə Qərbin özündə də İrəvanın bu mövqe dəyişikliyi hələlik normal qarşılanmır və Ermənistanın bir növ manevr etdiyi, Rusiyadan daha çox qazanc qoparmaq üçün Qərbə meylli olduğu görüntüsü yaratdığı ehtimal edilir. Moskva isə hələlik İrəvanı sözlə başa salmaq istəyir. Lakin inqilabçı baş nazirin Kremlin mesajlarından nə dərəcədə nəticə çıxaracağı bir qədər naməlum görünür. Elə ekspertlər də hesab edirlər ki, bu günlərdə Rusiya Federasiyasının prezidenti Vladimir Putinin keçirdiyi mətbuat konfransında Ermənistanla ölkəsi arasında mövcud olan münasibətlərə toxunması və bəzi vacib detallara aydınlıq gətirməsi əslində Kremlə tərəfindən İrəvana ünvanlanmış xəərdarlıq mesajıdır. Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə də deyir ki, Rusiya prezidenti Vladimir Putinin mətbuat konfransında Ermənistanı strateji müttəfiq adlandırması və iki ölkə arasında heç bir problemin olmadığını qeyd etməsi əsasən, Nikol Paşinyana mesajıdır. Onun sözlərinə görə, çünki, Nikol Paşinyanın əsas siyasi planı ölkəsini Rusiyanın forpostundan çıxarmaq və Qərbə interqasiya siyasətini başlatmaqdır: "Vladimir Putin bununla demək istəyir ki, Rusiya siyasətindən geri çəkilməyəcək və istənilən variantla Yerevanı öz orbitində saxlamağa çalışacaq. Rusiya və Ermənistan arasında Vladimir Putinin dediklərinin əksinə olaraq gərgin proseslər inkişaf edir. Rusiya rəsmlərinin Nikol Paşinyana qarşı sərt ritokiraları məhz buna əsaslanır. Qeyd edim ki, Ermənistanın hazırkı rəhbərliyi Kremlin təzyiqlərinə rəğmən Rusiyayönümlü siyasət aparmayacaq. Bu da kifayət qədər Rusiyanın bu ölkəyə qarşı təzyiqlərinin artmasına gətirəcək". Politoloq deyib ki, artıq, yeni ildən başlayaraq "Qazpromun" Ermənistana sərhəddən satdığı qazın qiyməti 150 dollardan 250 dollara qədər artacağı mesajı verilir: "Bu, Nikol Paşinyan iqtidarına qarşı Rusiyanın təzyiqlərinin başlanması deməkdir. Rusiya Ermənistana ona görə daxili bazar qiymətinə qaz satırdı ki, bu ölkə Rusiyanın forpostu
olaraq Kremlin siyasi orbitində idi. İndi isə, Nikol Paşinyan bu orbitdən çıxmağa can atır. Əgər, Nikol Paşinyan antiRusiya siyasəti aparacaqsa, təbii ki, Rusiya Ermənistana əvvəlki qiymətinə qaz satmayacaq. Qeyd edim ki, Rusiya daima enerjidən siyasi təzyiq məqsədləri üçün istifadə edib. Bu, Rusiyanı dövlət siyasətidir. Rusiyanın qazın qiymətini qaldırması, Ermənistanda Nikol Paşinyan əleyhinə daxili etirazlara gətirib çıxaracaq. Çünki, qazın qiymətinin qalxması yerli istehlakçıların daha da çox vəsait ödəməsini şərtləndirəcək. Yoxsul erməni əhalisinin bu qiymətlərlə mavi yanacağa ödəniş etməsi mümükün görünmür. Bu da Nikol Paşinyanın sosial siyasətinin fiaskosu kimi qiymətləndiriləcək. Rusiyanın Nikol Paşinyana ən güclü təzyiqi göründüyü kimi, ölkədə kütləvi narazılıqlara səbəb ola biləcək qaz şantajıdır. Nikol Paşinyan dekabrın 27-də Rusiyaya səfərində əsasən Vladimir Putinlə qazıın qiymətini ən başlıca olaraq müzakirə edəcə və 150 dollardan da aşağı salınmasını xahiş edəcək. Vladimir Putin də o şərtlə razı olacaq ki, bir neçə ay müddətində Nikol Paşinyana vaxt verəcək. Əgər, fərqli siyasətini görərərsə, qazın qiymətinin qalxması labüd olacaq".
Məhəmməd Əsədullazadə bildirib ki, Nikol Paşinyanın Rusiya səfərində əsasən təhülkəsizlik və iqtisadi zəmanətlər almaq başlıca məqsəddir: " Vladimir Putinin də əsas məqsədi siyasi zəmanət almaqdır. Nikol Paşinyan Vladimir Putinə yalnız sözdə vədlər verəcək. Putin Paşinyanı ölkəsinin forpostunun valisi kimi qəbul edəcək. Məhz onu təbrik etməməklə bunu ona sübut etdi".
Politoloq onu da diqqətə çatdırıb ki, Azərbaycanın Ermənistan və Rusiya arasında bu soyuqluqdan istifadə edib, münaqişənin həllində Rusiyadan böyük gözləntisi var: "Amma, Vladimir Putin heç də münqaqişənin həllində maraqlı görünmür. Hətta Ermənistanı qazanamağa can atır".
Süleyman