Separatçıların beynəlxalq səviyyədə təbliği

Və ya Azərbaycana qarşı hazırlanan məkrli plan

Və ya Azərbaycana qarşı hazırlanan məkrli plan

Separatçı Dağlıq Qarabağ rejiminin beynəlxalq səviyyədə fəal təbliğatı prosesi gedir. Özü də bu prosesdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənmıəsi missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupunun həmsədr ölkələri daha fəal görünür. Hər halda adıçəkilən qrupun həmsəıdrlərinin regiona etdikləri turistik səfərlər zamanı qeyri-qanuni olaraq Azərbaycanın işğal olunmuş ərazilərinə də baş çəkməsi və orada separatçıların lideri ilə görüşmələri, yaxud elə separatçı liderin üç həmsədr ölkəyə səfərinin təşkil olunması deyilənləri təsdiqləyir. Bir növ bununla ATƏT-in Minsk qrupu və onun həmsədr ölkələri Azərbaycanı bu reallıqla barışmağa, Dağlıq Qarabağın qondarma, separatçı rejimini qəbul etməyə çağırmış olurlar. Əksər ekspertlər də hesab edirlər ki, separatçıların liderinin həmsədr ölkələrə səfərləri və bu qondarma rejimin beynəlxalq səviyyədə təbliğ olunması Azərbaycan üçün təhlükəli məqamlardan xəbər verir. Elə müstəqil ekspert Rövşən Məmmədli də bu qənaətdədir. O, bildirib ki. separatçıların lideri Bako Saakyan bir ay ərzində  ATƏT-in Minsk qrupu nun həmsədr dövlətlərin paytaxtlarına qanunsuz səfərlər edib və həmin ölkələrin bir sıra rəsmi və qeyri rəsmi şəxsləri ilə görüşüb. Onun sözlərinə görə, bu görüşlərin üstünə İrəvanda Nikol Paşinyanın "demokratiya-dünyanı aldatma" oyunlarını da əlavə etsək və gələn ay Avropa İttifaqının Tbilisidə Şərq Tərəfdaşları ilə təşkil edəcəyi Foruma Azərbaycanın dəvət olunmamasını gəlsək o zaman proseslərin bizim xeyrimizə cərəyan etmədiyi qənaətində ola bilərik: "Nəticə etibarilə İrəvanda keçiriləcək parlament seçkilərinin səhəri günü Nikol Paşinyanı fəxri qonaq kimi həmin foruma dəvət edilibb onun "qələbəsini" ilahiləşdirərək, vətənsiz, sərsəri, nankor, it xislətli erməniləri dünya demokratiyasının "bəzəyi" kimi dünyaya təqdim etmək gözləntisi bizə Qarabağın başı üzərindəki qara buludların daha da sıxlaşdığından, Qarabağımızla bağlı hansısa bizə çox pis,.ermənilərə isə şad ola biləcək addımların atılacağının əsasının qoyula biləcəyindən xəbər verir. Azərbaycan xalqının Qarabağ iradəsini "Madrid Prinsipləri" kimi bicbala "hüquqi əsas yaratma" larla qıra bilməyən erməni və ermənipərəstlər, indi İrəvanı demokratik dona bürüyüb, Azərbaycanda "demokratiya əzabkeşləri" ermənilərin yaşaya bilməyəcəkləri bəhanəsi ilə Dağlıq Qarabağı bizdən qoparmağa çalışacaqları şübhəsizdir. Düzdür belə "məsələlərin" beynəlxalq hüquqa təsiri olmaz, ancaq torpaqlarımıza mundar dişlərini qıcamış erməni faşizminin qarşısını almalıyıq. Odur ki,millət düşmənlərin bu iştəhasını boğazlarında qoymaq üçün o Tbilisi Forumuna kimi ayağa qalxıb Qarabağını Nijdeh təfəkkürlü daşnak ermənlərin vandalist tapdağından azad etməlidir.Sonra çox gec və çətin olacaq"

AĞ Partiya sədri Tural Abbaslı da hesab edir ki, hazırda beynəlxalq səviyyədə müxtəlif formatlarda səviyyələrdə separatçı Dağlıq Qarabağ rejiminin fəal təbliğatı gedir. O, qeyd edib ki, hətta Kanadada fəaliyyət göstərən ibadət məkanları, kilsələrdə separatçı rejim təbliğ edilir. Tural Abbaslı deyib ki, rəhbərlik etdiyi partiyanın rəsmiləri bu günlərdə Kanadanın paytaxtı Toronto şəhərindəki kilsələrdən birində qondarma rejimin bayrağının dalğalandığının şahidi olublar: "Torontoda yerləşən erməni kilsəsinin həyətində qondarma Dağlıq Qarabağ rejiminin bayrağı asılıb. Bundan başqa həyətdə təbii ki, hər olduqları yerdə olduğu kimi saxta erməni soyqırım abidəsi və erməni bayrağı ucaldıblar. Ancaq,  bizi dövlət və millət olaraq əsas narahat edən məsələ orada həmçinin Azərbaycanın işğal altında olan ərazilərində yaratdıqları oyuncaq, separatçı, qondarma qurumun "bayrağının" da olmasıdır. Separatçı, işğalçı terrorçular öz əski parçalarını bütün dünyada təbliğ edir, tanıdır bizim səfirlər isə susurlar. Özlərinin iş görməməkləri bir yana, xaricdə bu yöndə iş görmək istəyən vətənsevər miqrantlara dəstək əvəzinə köstək olurlar, bu istiqamət üçün ayrılan büdcə pullarını talayırlar və s. Yəni, anlayacağınız, belə qurum və məmurlarımız durduqca bizə düşmən lazım deyil. Biz AĞ Partiya olaraq Azərbaycan XİN-dən tələb edirik ki, bu məsələ dərhal araşdırılsın və o əski parçasının oradan endirilməsi üçün dərhal Kanada hökumətinə nota verilsin. Heç kim unutmamalıdır ki, torpaqlar bu cür işğal olunur və qoparılır.  Bu olay bir daha sübut edir ki, Qarabağ Komitəsinin təyin etdiyi 15 dekabr mitinqi tam zamanında və yerində atılan addımlardır".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31