Cahangir Hüseynov: “Qarşıma məqsəd qoymuşdum ki, ulu öndərin yenidən hakimiyyətə qayıdışı üçün əlimdən gələni etməliyəm”
12 İyun 2018 12:14 Siyasət25 il əvvəl baş verən prosesləri sabiq millət vəkili ilə birgə xatırlama
Müasir, müstəqil Azərbaycanın tarixinə qızıl həriflərlə yazılmış 15 iyun-Milli Qurtuluş Gününə sayılı günlər qalır. 25 il əvvəl ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə ölkənin parçalanma, məhv olma təhlükəsindən xilas olduğu 15 iyun tarixi 1993-cü ildən etibarən hər il Qurtuluş Günü kimi qeyd edilir. Biz də həmin dövrdə, eləcə də ondan bir neçə il əvvəl ümummilli liderin Bakıya qayıdışı təşəbbüsü ilə çıxış edən sabiq millət vəkili Cahangir Hüseynovla görüşüb 25 il əvvəl baş verənləri vərəqlədik. Sabiq millət vəkili "OLAYLAR"-a verdiyi müsahibədə o dövrdəki siyasi proseslərə də nəzər salıb.
-Cahangir müəllim, Siz 25 il bundan əvvəl 15 iyun 1992-ci il hadisələrini neçə xatirlayirsınız?
-Bir qədər bu hadisələrə qayıdaraq həmin dövrün canlı şahidi və iştirakçısı kimi deyə bilərəm ki, 1992-ci ilin may-iyun aylarında ölkə vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalmışdı. Belə ki, AXC-Müsavat hakimiyyəti tərəfindən qanunvericilik orqanının fəaliyyəti əsassız olaraq dondurulmuşdu. 50 nəfərdən ibarət Milli Şura hakimiyyətin Qanunvericilik funksiyasını yerinə yetirirdi. Tamamilə bu, qanunsuz bir qanunvericilik orqanı idi. Belə bir şəraitdə mövcud hakimiyyətin güc strukturları ilə, yəni həmin dövrdə Milli Qəhrəman, korpus komandiri Sürət Hüseynov ilə hakimiyyət başında olan AXC nümayəndələri arasında kəskin bir vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. Demək olar ki, rayonların əksəriyyətində mövcud hakimiyyətə itaətsizlik göstərib yeni icra strukturları yaradılmışdı. Mövcud hakimiyyətə isə iqtidarda olduğu 1 il ərzində buraxdığı kobud səhvlərə görə demək olar ki, xalq tərəfindən inamsızlıq yaranmışdı. AXC-Nüsavat hakimiyyəti Gəncə hadisələri baş verərkən Prezident Adminstrasiyası qarşısında mitinq keçirmək qərarına gəldi. Təsəvvür edin ki, həmin mitinqə heç 50-100 nəfər adam gəlmədi. Gəncəyə göndərdikləri ordu birləşmələri isə Sürət Hüseynovun briqadası tərəfindən zərərsizləşdirilib tərksilah edildilər. Heç onları öz ordu birləşmələri də müdafiə etmədi. Bundan öncə biz Ali Sovetin deputatları 134 imza toplayıb Milli Şuranın rəhbərliyinə və o zamankı prezident Əbülfəz Elçibəyə müraciət etmişdik ki, Ali Sovetin sessiyası çağırılsın, mövcud ictimai-siyasi duruma qiymət verilsin və arzumuz ondan ibarət idi ki, Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi sessiyaya dəvət edib onun namizədliyi Azərbaycan Ali Sovetinin sədrliyinə irəli sürülsün. Həmin müraciətlər Ali Sovetə və Prezident Aparatına daxil olsa da, müxtılif bəhanələr ilə Ali Sovetin nizamnaməsinə uyğun olmayaraq sessiyanın çağırılmasını yubadırdılar. Belə bir vəziyyətdə 04 iyun Gəncədə belə bir qarşıdurma baş verdi. Onu da vurğulamaq istəyirəm ki, Sürət Hüseynov da Ali Sovetin deputatı kimi həmin müraciətə imza atmışdı. Lakin mövcud hakimiyyətin sessiyanı cağırmamaq, Heydər Əliyevin Bakıya gəlməsinə mane olmaq cəhdi böyük bir siyasi savadsızlıgının nəticəsi idi. Əgər həmin dövrdə, 1992-ci ilin may ayında sessiya cağrılsa idi, yəqin ki Gəncə hadisələri olmaz, onlarla günahsız insan qətlə yetirilməzdi. Hətta sessiyanın çağrılması barəsində may 1992-ci ilin Milli Məclisin iclasında biz Ali Sovetin deputatları təklifimizi irəli sürərkən Ali Sovet rəhbərliyi "Biz hakmiyyətə silahla gəlmişik, siz də gedin hakimiyyətə silahla gəlin" deyərək antikonstitusion cavab vermişdi. Bunun da nəticəsində Gəncədə bu cür hadisələr baş verdi, Respublikanın baş Prokuroru, bir sıra güç strukturlarının rəhbərləri Gəncədə həbs olundu. Hətta Baş Prokuror Prezident Əbülfəz Elçibəyin saxlanılması barədə sanksiyaya da imza atmışdı. Tezliklə Baş Nazir və Milli Məclisin sədri İsa Qəmbər istefa verdi. Belə bir vəziyyətdə Əbülfəz Elçibəy öz hakimiyyətini qorumaq üçün Naxçıvandan Heydər Əliyevi 12 iyunda Bakı şəhərinə dəvət etdi. Heydər Əliyev Bakıya gələrək Ali Sovetdə görüşlər keçirdi, Gəncəyə səfər edib Sürət Hüseynovla danışıqlar apardı, 15 iyun 1992-ci ildə Milli Şuranın iclasında Ali Sovetin sədri seçildi.
-Siz Heydər Əliyevin hakimiyyətə dəvət olunmasının Ali Sovetdə ilk çağırışçısı olmusunuz. Daha sonra siyasi fəaliyyətinizin böyük bir hissəsini Yeni Azərbaycan Partiyasına bağlamısınız. Bəs, bu gün necə, hakim partiya ilə sıx əlaqələriniz qalırmı?
-Bəli mən Yeni Azərbaycan Partiyasına bağlı olmamışam. Mən həyatımda bir dəfə, 18 yaşımda Kommunist Partiyasının üzvü olmuşam. O da təbii idi. Çünki həmin dövrdə partiya üzvlüyü vacib qaydada idi. 1990-cı ilə qədər həmin partiya biletini gəzdirdik. Məlum hadisələrdən sonra isə haqlı olaraq həmin partiya ilə yollarımızı ayırdıq. Ondan sonrakı illərdə isə Daxili İşlər Orqanlarında çalışdığım üçün heç bir partiyanın üzvü olmamışam. Lakin vurğuladığınız kimi Yeni Azərbaycan Partiyası yaranmadan əvvəl mən Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi üşün mübarizə aparmışam. O vaxt nə "91-lər", nə də Yeni Azərbaycan Partiyası vardı. Həmin dövrdə mən qarşıma məqsəd qoymuşdum ki, ulu öndərin yenidən hakimiyyətə qayıdışı üçün əlimdən gələni etməliyəm. Həmin dövrdə mən Ağdaş rayonunda respublikanın ən gənc milis rəisi olaraq çalışırdım. Çünki bildiyiniz kimi atam Hüseyn Hüseynov uzun illər xalq hakimi işləyib. Bununla yanaşı mənim atam 1952-1957-ci illərdə Bakı Dövlət Universitetinin tarix fakultəsində Heydər Əliyevlə bir yerdə təhsil alıb. Bu yaxınlıq, münasibət, Heydər Əliyevə olan rəğbətim mənə uşaqlıq illərindən atamdan keçmişdi. Və bu böyük şəxsiyyətə mənim xüsusi hörmətim, nüfuzum vardı. Bu arada haşiyədən çıxıb bir məsələyə qayıtmaq istəyirəm. Belə ki, 1965-ci ildə Göyçay rayonunda böyük bir kəndli üsyanı oldu. Həmin dövrdə heç cür onu yatıra bilmirdilər. Həmin üsyan Nikita Xruşovun kolxozların və kəndlərin birləşməsi siyasətinə qarşı idi. Həmin vaxt mən orta məktəbdə oxuyurdum. Məktəbimiz rayon Partiya Komitəsinin binasının yaxınlığında yerləşirdi. Kəndlilər əllərində yaba, dəryaz yük maşınlarında əraziyə gələrək rayon Partiya Koimitəsinin binasını alt-üst etdilər. O zaman Heydər Əliyev Dövlət Təhlükəsizlik Komitəsində məhsul vəzifədə işləyirdi və ulu öndər yaranmış vəziyyətlə bağlı Göyçaya ezam edilmişdi. Mənim atam da o vaxt rayonda həm büro üzvü, həm də rayon məhkəməsinin sədri idi. Heydər Əliyev həmin hadisələrlə bağlı bir neçə gün rayonda qaldı və baş vermiş hadisələr tədricən yoluna qoyuldu. Bütün bunlar mənim Heydər Əliyevə olan rəğbətimi artırırdı. Mən bilirdim ki, ulu öndər atamla bir yerdə təhsil alıb. Ancaq heç vaxt atam bunu xüsusi olaraq qabartmır və ondan istifadə etməyə çalışımırdı. 1987-ci ildə mən Mockvada SSRİ DİN-ni Ali Polis Akademiyasının dinləyiçisi olarkən bəstəkar Müslüm Moqamayevin 100 illik təntənəli yubleyində Kremlin stullu sarayında SSRİ Komunnist Partiyasının Büro üzvü, Nazirlər Sovetinin 1 müavini Heydər Əliyevlə həmin sarayda görüşdük. Onu vurğulamaq istəyirəm ki, SSRİ Xalq artisti Müslüm Moqamayev səhnədə bəsdələdiyi Azərbaycan mahnısın ifa edərkən bu böyük şəxsiyyətin kövrələrək gözlərinin dolduğunu gördüm. Mən salonda təxminən ondan 2 metr məsafədə əyləşmişdim. Onun gözlərindəki yaşı görərkən mən çox təccübləndim. Mən milis formasında idim, heyrətlə ona baxdığımı Ulu öndər hiss edirdi və tədbirin sonunda ona yaxınlaşaraq özümü təqdim etdim. O mənimlə çox səmimi görüşdü. Bu mənim Ulu öndər ilə birinci görüşüm idi. 1998-ci ildə ulu öndərin 75 illiyi tamam olanda onun tələbə yoldaşları ilə görüşü təşkil edildi. Onlar təxminən 10 nəfər idilər. Həmin görüşdə Heydər Əliyev belə bir məsələ qaldırdı ki, mütləq onun 80 illiyində də görüş təşkil edilsin. Lakin təəssüflər olsun ki, həmin görüşü keçirmək qismət olmadı və ulu öndər 80 illiyində xəstələndi. Amma buna baxmayaraq Heydər Əliyevin həmin tələbə yoldaşları, mən, atam, eləcə də respublikanın 250 ziyalısı və Milli Məclisin üzvləri Bakı şəhərinə toplaşaraq Klivlenddə müalicə olunan ulu öndərə müraciət göndərdik və həmin müraciət Milli Məclisdə də səsləndi. Qeyd etdiyim kimi mən Yeni Azərbaycan Partiyasının üzvü olmamışam. Amma partiyanın yaradıcıları ilə 1992-ci illərdə bir yerdə olmuşuq. Onların arasında dünyasını dəyişənlərdən Murtuz Ələsgərov, Ziya Bünyadov, Sirus Təbrizli, Samur Novruzov, Rəfae Allahverdiyev və başqaları çox fəal mübarizə aparıblar.
Bildiyiniz kimi Heydər Əliyev 1991-ci ilin yaz sessiyasından sonra Ali Sovetin iclaslarına qatılmırdı. Çünki həmin iclas zamanı Heydər Əliyevə qarşı Respublika rəhbərliyi hörmətsizlik edirdi. Bəzi millət vəkillərini oyrədərək ona qarşı çıxışlar təşkil edirdi. Lakin biz istəyirdik ki. Heydər Əliyev də Ali Sovetin iclaslarına qatılsın. 1992-ci ildə Biləsuvar rayonunda milis rəisi işləyirdim və həmin dövrdə Daxili İşlər Nazirliyinin rəhbərliyi mənim Naxçıvana getməyimə icazə verməzdi. Lakin həmin dövrdə böyük bir nümayəndə heyəti Naxçıvana getdi və orada Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Həmin təsis konfransından sonra biz ilk olaraq (mən həmin vaxt polis rəisi işləyirdim) Biləsuvar rayonunda yığışdıq və Heydər Əliyevi sevən insanlar Biləsuvar rayonunda ilk təsis konfransı keçirdilər və YAP-ın rayon təşkilatı yaradıldı. Ondan sonra isə mənim üçün doğma olan Gədəbəy rayonunda ikinci olaraq Yeni Azərbaycan Partiyasının yerli təşkilatı yaradıldı. Sonrakı mərhələdə isə respublikanın əksər rayonlarında YAP-ın yerli təşkilatları təsis edildi.
Süleyman İsmayılbəyli
Ardı var