Jurnalistlər Müdafiə Nazirliyinin təlimlərini izləyib

Ekstremal jurnalistlərin təcrübə poliqonunda təlimləri davam edir. “Olaylar” xəbər verir ki, Dinc Dünya Araşdırmalar Mərkəzi, Prezident yanında QHT-yə Dəstək Fondunun və Müdafiə Nazirliyin dəstəyi ilə həyata keçirilən təlimin ilk mərhələsində ölkə mediasının 25 nümayəndəsi iştirak edib.

Ekstremal jurnalistlərin təcrübə poliqonunda təlimləri davam edir. "Olaylar" xəbər verir ki, Dinc Dünya Araşdırmalar Mərkəzi, Prezident yanında QHT-yə Dəstək Fondunun və Müdafiə Nazirliyin dəstəyi ilə həyata keçirilən təlimin ilk mərhələsində ölkə mediasının 25 nümayəndəsi iştirak edib. Təlimlər Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində keçirilir. Media nümayəndələri hərbi hissədə təlim tədris fəaliyyəti ilə yaxından tanış olublar. Jurnalistlərə artileriya bölmələrinin döyüş fəaliyyəti, topçuların həyəcan siqnalı ilə qaldırılması təlimləri göstərilib. Təlim ərəfəsində praktiki olaraq hərbiçilərin düşmən hücumunun qarşısının alınması təlimləri ilə jurnalistlər yaxından tanış olublar. Ekstremal şəraitlərdə jurnalistlərin hansı mövqedən daha təhlükəsiz çəkiliş aparmaq imkanının olması, hərbi texnikalardan kənarda işlərinin davam etdirmələri ilə tapşırıqlar verildi. Təlim ərəfəsində jurnalistlər adsız yüksəkliklərdə düşmənin təmas xəttini müşahidə etmək imkanı qazanıblar. Layihə rəhbəri, Dinc Dünya Araşdırmalar Mərkəzinin rəhbəri Əlisəfa Mehdiyevin sözlərinə görə jurnalistlər üçün bu təlimim həyata keçirilməsi ölkədə peşəkar hərbi jurnalist yetişdirməkdir: "Ekstremal situasiyalarda işləyən jurnalistlər yetişdiririk. Təlimin ilk hissəsi iyul 23-dən 31-dək davam etdiriləcək. Təlimlərin ardıcıl olaraq, növbəti illərdə də həyata keçirilməsi planlaşdırılır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31