YAP: Konstitusiya referendumu bu il keçiriləcək
Azərbaycanda Konstitusiya dəyişiklikləri ilə bağlı təklif olunan referendumun bu il keçirilməsi nəzərdə tutulub.
21 İyul 2016 13:40 SiyasətAzərbaycanda Konstitusiya dəyişiklikləri ilə bağlı təklif olunan referendumun bu il keçirilməsi nəzərdə tutulub.
Məlumata görə, bunu Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov partiyanın qərargahında KİV nümayəndələri ilə keçirilən görüşdə bildirib.
S. Novruzov deyib ki, prezidentin təklifinə hazırda Konstitusiya Məhkəməsində baxılır və qanunda nəzərdə tutulan dövr ərzində rəy veriləcəyi təqdirdə, referendumun keçirilməsinə hazırlıq başlayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31