Dövlət idarəçiliyi daha da təkmilləşdiriləcək
Bu günlərdə gündəmin əsas mövzularından biri də Azərbaycanda Kosntitusiyaya ediləcək dəyişikliklər lə bağlıdır.
19 İyul 2016 15:07 SiyasətBu günlərdə gündəmin əsas mövzularından biri də Azərbaycanda Kosntitusiyaya ediləcək dəyişikliklər lə bağlıdır. Xəbərlərdən də aydın olduğu kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərilməsi barədə Sərəncam imzalayıb. Sərəncamda qeyd olunub ki,
"Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə rəy verilməsi üçün təqdim edilsin. Məlum olanı odur ki, referendumda Azərbaycan vətəndaşları prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılması, vitse-prezidentlik postlunun yaradılması, eləcə də digər vacib məsələlərə münasibət bildirəcəklər.
Bu arada dövlət başçısının imzalamış olduğu sərəncamla bağlı müxtəlif fikirlər səsləndirilməkdədir. Müxalifət düşərgəsi ənənəvi olaraq öz radikal mövqeyini nümayiş etdirərək Konstitusiyaya dəyişikliyi tənqid edir. Amma məsələyə obyektiv yöndən, günün tələbəklərinə uyğun yanaşanlar da az deyil.
Millət vəkili Sahib Alıyev də sözügedən dəyişikliyi süngü ilə qarşılayanları başa düşmədyini qeyd edib. O, bildirib ki, bu cür yanaşma bəzi siyasilərin köhnə mövqeyidir: "Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Konstitusiyamıza dəyişiklik təklifinə ilkin reaksiyalara baxıram. O adamlar ki, savadlıdırlar, vətənpəvərdirlər, peşəkardırlar, bu dəyişiklikləri maddə-maddə oxuyub onların nə üçün edildiyini anlayırlar, birmənalı şəkildə müsbət yanaşma ortaya qoyurlar. Bəzi mürgü döyən, liderini satıb, partiyasını dağıdıb, indi də bloqlar yazıb saxta profillərdən özü-özünü like edən siyasət dəllaları da var ki, bu təşəbbüsün onların da ürəyindən olduğu görünür. Ona görə ki, küçələrə adam çıxararaq qarşılığında bolluca qrant alacaqlarını düşünürlər". Millət vəkili deyib ki, demokratiya sözünü düzgün yaza bilmədiklər, imperiya və demokratiyanın fərqli nəsnələr olduğunu anlmadıqları halda dəyişikliyə qarşı çıxanlara da rast gəlinir: "Soruşsan niyə, nə üçün dəyişikliyə qarşısan, doğru-düzgün cavab verə bilməyəcək. Belələri haqlı və ya haqsız fərqi yoxdur, etiraz etməyi, əleyhinə çaxmağı intellekt və şəxsiyyət göstəricisi saydıqlarından onları da anlamaq olar. Dağlıq Qarabağdakı cinayətkar rejimin bayraq adlandırdığı əski parçasını haylarla birgə başlarının üzərinə qaldıran xaricdəki bəzi "azərbaycanlılar" da təbii ki, bu dəyişikliklərə qarşıdırlar. Bilirsiniz niyə? Yəqin onların Çexiyadakı televiziyalarının( reklam olmasın deyə adını çəkmirəm) saytında bu yaxınlarda azərbaycanlıları uydurma erməni soyqırımını tanımağa çağıran cızmaqaranı oxuyanlar bilirlər niyə. Bu dəyişikliklərdə Azərbaycanın federal dövlət olacağı göstərilsə idi, əmin ola bilərsiniz ki, onlar sponsorlarının tapşırığıyla tərifi dolu kimi yağdıracaqlardı. Ancaq bu yoxdur və olmayacaq. Bəs nə var, bu dəyişikliklər nə üçün edilir? Onun üçün edilir ki, dövlət idarəçiliyi daha da təkmilləşdirilsin, vətəndaş azadlıqları artırılsın, qanunda haqqında çoxdan söhbət gedən bəzi boşluqlar var ki, aradan qaldırılsın".
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin sözlərinə görə, Türkiyədə yaşananlar göstərdi ki, hərbi qiyam zamanı Prezidentin Milli Məclisin razılığı olmadan Silahlı Qüvvələrdən istifadə hüququ olmalıdır, çünki qiyam zamanı Milli Məclisin iclasını çağırmaq mümkün olmaya bilər. Qüdrət Həsənquliyev mövcud dəyişikliklərin daha çox xarici faktorlardan qaynaqlandığı qənaətində olduğunu vurğulayıb. BAXCP sədri qeyd edib ki, dünyada və regionda baş verən olaylar ciddi narahatlıq doğurur, Azərbaycanı, Ermənistanla danışıqlar uğursuzluğa səbəb olarsa, qanlı savaş gözləyir: "Görünür iqtidar bu çağırışlara hazır olmaq və ölkədə davamlı sabitliyin təmin olunmasını prezidentlik institutunun gücləndirilməsində görür. Türkiyədə yaşananlar göstərdi ki, hərbi qiyam zamanı Prezidentin Milli Məclisin razılığı olmadan Silahlı Qüvvələrdən istifadə hüququ olmalıdır, çünki qiyam zamanı Milli Məclisin iclasını çağırmaq mümkün olmaya bilər. Ona görə də dəyişiklik edilərkən 95.16 və 109.28-ci maddələr Konstitusiyadan çıxarılmalıdır. Bundan başqa da layihəyə əlavə təkliflərimiz olacaq ki, yaxın vaxtlarda bunu açıqlayacağıq. Biz BAXCP olaraq ölkədə parlamentli respublika tərafdarı olsaq da, mövcud dəyişikliklərin Konstitusiyanı mürtəceləşdirəcəyi fikirlərini qəbul etmirik".
Süleyman