Türk ordusu öz imicini bərpa edəcək
“Bu gün Böyük Güclər Türkiyənin və Azərbaycanın inkişafından olduqca narahatdırlar. Hansı vasitə ilə olur olsun bu iki ölkəni çökdürməyə çalışırlar”.
18 İyul 2016 14:39 Siyasət"Bu gün Böyük Güclər Türkiyənin və Azərbaycanın inkişafından olduqca narahatdırlar. Hansı vasitə ilə olur olsun bu iki ölkəni çökdürməyə çalışırlar". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri ASGA Analitik Təhlil Mərkəzinin rəhbəri, icmalçı Azər Verdiyev Türkiyədə baş verən son proseslərə münasibət bildirərkən səsləndirib. O, belə bir olayın Türkiyənin siyasi həyatında yer almasının yolverilməz olduğunu deyib: "Türkiyədə baş verən hadisələr bizlərə də olduca pis təsir etdi. Biz Ulu Öndərin dili ilə desək Bir millət iki dövlətik. Belə olan təqdirdə qardaş Türkiyənin acısı bizim acımız sayılır. Dünyada baş verən prosesləri hər birimiz izləyirik. Bizi ağrıdan məqam odur ki, bu proseslərdə, bu iyrənc oyunlarda türk ordusundan istifadə olundu. Bunu şanlı türk ordusuna qarşı etməməli idilər. Ordunun bir qismi, kursantlar, sıravi əsgərlər ümumiyyətlə baş verənlərdən xəbərsiz idilər. Çevrilişə cəhdin başında duranlar isə həm dövlətlərini sarsıltdılar, həm də Şanlı Türk ordunun dünyadakı imicini sarsıltdılar". Azər Verdiyev deyib ki, Türk ordusu öz imicini bərpa edəcək, bizimçün hər zaman mehmetçik olaraq qalacaqlar: "Hesab edirəm gərginlik bir müddət davam edəcək. Çünki bu kimi məkrli planların həyata keçirilməsi üçün uzunmüddətli hazırlaşmalar və geniş çevrələrdən istifadə olunub. Hökümət onları sonuncuyadək tapmalı və ədalət məhkəməsinə təhvil verməlidir. Həqiqətlər tam üzə çıxandan sonra həbs olunan sıravi əsgərlər, kursantlar azad ediləcək, çevrilişə cəhd edən yüksək çinli hərbçilər isə layiqli cəzalarını alacaqlar"