Prezident Olimpiya Oyunlarına qatılacaq Azərbaycan nümayəndə heyətini yolasalma mərasimində iştirak edib

Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin iyulun 18-də rəsmi yolasalma mərasimi keçirilib.

Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin iyulun 18-də rəsmi yolasalma mərasimi keçirilib.

Azərbaycan prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevmərasimdə iştirak edib. Dövlət başçısı mərasimdə nitq söyləyib.

Sonra gənclər və idman naziri Azad Rəhimov, yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandasının məşqçisi Akif Əliyev, paralimpiyaçı İlham Zəkiyev, yunan-Roma güləşçisi Rəsul Çunayev çıxış ediblər.

Çıxışlardan sonra idmançılar Olimpiya andı içiblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31