Minsk qrupu Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü tez təşkil etməyə çalışacaq
ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın növbəti görüşünü mümkün qədər tez təşkil etməyə çalışacaqlar.
15 İyul 2016 18:08 SiyasətATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın növbəti görüşünü mümkün qədər tez təşkil etməyə çalışacaqlar.
RİA Novosti-nin verdiyi məlumata görə, bunu amerikalı həmsədr Ceyms Uorlik deyib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün tarixi müəyyənləşməsə də, ABŞ, Rusiya və Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkələri kimi prezidentlər arasında növbəti görüşü mümkün qədər tez təşkil etməyə çalışacaqlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31