Dünya yaşamaq üçün sakit yer deyil
“Dünya arıtq yaşamaq üçün sakit yer deyildir. Əgər insanların ümid yeri kimi baxdığı Avropanın göbəyində də bu cür dəhşətli terror aktı torədilirsə, həyacan təbili çalmağa belə gecikmişik”.
15 İyul 2016 11:59 Siyasət"Dünya arıtq yaşamaq üçün sakit yer deyildir. Əgər insanların ümid yeri kimi baxdığı Avropanın göbəyində də bu cür dəhşətli terror aktı torədilirsə, həyacan təbili çalmağa belə gecikmişik". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri AXCP sədri Razi Nurullayev Fransada baş verən terror aksiyasına münasibət bildirərkən səsləndirib. O, qeryd edib ki, Nitsa şəhərində baş verən və 80 nəfərdən çox insanın həyatını itirməsinə səbəb olan terror aktını pisləyir: " Bu dəhşətli qətliam nə qədər həssas bir zamanda yaşadığımızın və ölümün qaşla-göz arasında olduğunun bariz nümunəsidir.
Bütün ölənlərə, onların yaxınlarına, Fransa xalqına və ölkəmizdəki Fransa səfirliyinə dərin hüznlə başsağlığı verirəm. Terroru lənətləyir və bu hərəkətin çox böyük günah olduğunu bildirirəm. Bu dəhşətli aktı törədənlər insanlığa, bəşəriyyətə qarşı cinayət törətmiş şəxslərdir. Günahsız insanları öldürməyə heç bir haqq qazandırmaq olmaz".