Azərbaycan beynəlxalq investorlar üçün cəlbedici ölkəyə çevrilib
Azərbaycanda həyata keçirilən şaxələndirilmiş iqtisadi siyasət öz bəhrəsini verməkdədir.
14 İyul 2016 14:44 SiyasətBu da onu göstərir ki, ölkədə möhkəm ictimai-siyasi sabitlik, iqtisadi dayanıqlılıq var
Azərbaycanda həyata keçirilən şaxələndirilmiş iqtisadi siyasət öz bəhrəsini verməkdədir. Dünya ölkələrinin milli iqtusadiyyatının tənəzzülə uğradığı bir dövrdə Azərbaycanda iqtisadi inkişaf dinamikası müşahidə olunmaqdadır. Ölkədə yoxsulluğun səviyyəsinin azalması, yenu iş yerlərinin açılması, sosial layihələrin genişləndirilməsi, regionların soaisl-iqtisadi inkişafı dediklərimizə bariz nümunədir. Məjz bu amilləri nəzərə alan Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib ki, ilin əvvəlindən və ondan əvvəlki dövrdən başlayaraq dünyada iqtisadi böhran daha da dərinləşir və demək olar ki, bütün ölkələr bu və ya digər formada bu böhrandan əziyyət çəkir. Azərbaycanın uğurlu inkişafı təmin edilir, ölkəmizdə təhlükəsizlik yüksək səviyyədə qorunur, ictimai-siyasi sabitlik möhkəmlənir. Ölkə qarşısında duran bütün əsas vəzifələr uğurla icra edilir. 2016-cı ildə də, - baxmayaraq ki, neftin qiyməti hələ də çox aşağı səviyyədədir, - Azərbaycan inamla inkişaf edir. Bunun təməlində düşünülmüş siyasət, apardığımız islahatlar və ölkəmizin gələcəyi ilə bağlı olan proqramlarımız dayanır. Azərbaycan uğurla inkişaf edir. Əminəm ki, biz bu ili də müvəffəqiyyətlə başa vuracağıq: "Baxmayaraq ki, il ərzində neftin qiyməti 3-4 dəfə düşüb, Azərbaycan inkişaf edir. Düzdür, ümumi daxili məhsul bir qədər azalıb. Bunun müxtəlif səbəbləri var. Ancaq sevindirici hal ondan ibarətdir ki, iqtisadiyyatın əsas sahələri - sənaye və kənd təsərrüfatı artıb. Yəni, real sektor artıb. Sənaye istehsalı 0,6 faiz artıb. Düzdür, o qədər də böyük artım deyil, ancaq hesab edirəm ki, bu, böhran ili üçün müsbət haldır. Ölkəmizin qeyri-neft sənayesi 2,4 faiz artıb. Bu, çox ciddi artımdır və hesab edirəm ki, bu artım böyük ümidlər verir. Gələcəkdə bu, daha da artacaq. Çünki bir qədər sonra mən gələcək planlar, o cümlədən sənaye potensialının inkişafı haqqında danışacağam. Əlbəttə ki, Azərbaycanda çox güclü sənaye kompleksi yaradılacaqdır". Azərbaycanda yeni iş yerlərinin yaradılması məsələsinə toxunan dövlət başçısı qeyd edib ki, ilin altı ayında 78 min daimi iş yeri açılıbdır. Ümumiyyətlə, iş yerlərinin açılması 90 minə yaxındır. Amma onlardan 78 mini daimi iş yeridir. Bu da çox müsbət haldır. Çünki ilin əvvəlində müəyyən narahatlıq var idi ki, bəzi iş yerləri bağlanır: "Düzdür, 26 min iş yeri bağlanıbdır. Ancaq 78 min iş yeri açılıbdır. Ona görə, biz görülən tədbirlər nəticəsində, o cümlədən dövlət şirkətlərinin xətti ilə açılmış iş yerlərinin sayı hesabına, - özəl sektorda da bu işlər gedir, - burada da müsbət dinamikanı görürük. Özəl sektora da dövlət qurumları tərəfindən çox ciddi tövsiyə edilmişdir ki, onlar ixtisarlara getməsinlər, bir qədər az pul qazansınlar, ancaq insanları küçələrə tökməsinlər. Ona görə, qeyd etməliyəm ki, özəl sektor da özünü çox məsuliyyətli aparıb. Bu da təbiidir. Çünki özəl sektor uzun illərdir ki, dövlət tərəfindən çox böyük dəstək - həm siyasi, həm də ki, maddi dəstək alır. Güzəştli şərtlərlə verilən kreditlərin həcmi 1 milyard dolları ötüb. Ona görə, əlbəttə, özəl sektor da sosial məsuliyyət daşımalıdır. Ona görə, bax, 78 min iş yeri açılmış, 26 min iş yeri bağlanmışdır. Deməli, 50 mindən çox yeni iş yerləri açılıbdır və bu da çox müsbət haldır". Millət vəkili Eldəniz Səlimov bildirib ki, dünyada hələ də davam edən qlobal maliyyə-iqtisadi böhran, həmçinin, baş verən, səngimək bilməyən,əksinə, gündən-günə alovlanan münaqişələr, silahlı toqquşmalar, terraktlar fonunda Azərbaycan istər iqtisadi, istər siyasi, istərsə təhlükəslik baxımından bölgənin, regionun sabitlik adasıolaraq qalmaqdadır. Bu isə heç şübhəsiz ki,ölkə rəhbərliyinin, xüsusilə də, ölkə Prezidenti İlham Əliyevin çox dərin, çox uzaqgörən və çox düşünülmüş itisadi-siyasi siyasi kursu, siyasəti nəticəsində mümkün olub. Millət vəkilinin bildirdiyinə görə, dünyada baş verən proseslər, xüsusilə, maliyyə-iqtisadi böhran Azərbaycana təsirsiz ötüşməsə də, ancaq dövlət başçısının rəhbərliyi altında həyata keçirilən siyasət, staret verilən yeni iqtisadi islahat kursu nəticəsində ötən dövrdə ölkə iqtisadiyyatını ayaqda saxlamaq, inkişafı davam etdirmək, hətta, Ümumu Daxili Məhsulda (ÜDM) artıma nail olunub. "Dövlət başçısının da vurğuladığı kimi, 2016-cı ilin ötən 6 ayında ölkə iqtisadiyyatına 6,3 milyard dollar sərmayə qoyulub və bu baxımdan da, ölkəmiz xarici investorlar üçün cəlbedici ölkə olaraq qalır. Bununla yanaşı, ölkədə ilin birinci yarısında 78 min daimi iş yeri açılıb, sosial tədbirlərin həyata keçirilməsi istiqamətində mühüm işlər görülüb, strateji enerji və nəqliyyat layihələrinin uğurla icrası istiqamətində tədbirlər davam etdirilib və sair. Bütün bunlar onu göstərir ki, 2016-cı ilin ilk 6 ayı uğurla başa vurulduğu kimi, ilin növbəti 6 ayı da uğurla başa catacaq". Millət vəkili Musa Quliyev bildirib ki, Azərbaycanın daxili iqtisadiyyatı yüksəlməkdədir. Regionların sosial-iqtisadi inkişafı proqramları və qeyri-neft sektorunun inkişafına dair layihələr öz bəhrəsini verməkdədir. Cənab Prezidentin söylədiyi kimi bu gün artıq Azərbaycanda əsas məsələlərdən biri xarici ölkələrdə Azərbaycan malları üçün uyğun bazarlar tapmaqdır. Yəni biz artıq idxaldan asılı dövlət deyilik, özümüzü lazım olan ərzaq və qeyri-ərzaq məhsulları ilə kifayət qədər təmin edə bilirik. Artıq istehsal etdiyimiz Azərbaycan brendli məhsulları xarici ölkələrə çıxarılmasına maraqlıyıq və bu sahədə uğurlarımız var: "Qeyri-neft sektorunun inkişafı Azərbaycan iqtisadiyyatının dayanıqlığından xəbər verir. Eyni zamanda, cənab Prezidentin söylədiyi kimi Azərbaycana beynəlxalq investorların marağı yenə də qalmaqdadır. Azərbaycan beynəlxalq investorlar üçün cəlbedici ölkələrdən biridir. Bu da onu göstərir ki, ölkəmizdə möhkəm ictimai-siyasi sabitlik var, iqtisadi dayanıqlılıq var və ölkənin hüquq sistemi, aparılan siyasət beynəlxalq biznesin Azərbaycanda genişlənməsinə uyğun şəraiti yaradır. Qeyri-neft sektoru, xüsusən kənd təsərrüfatı, turizm, İKT sahəsində əldə edilən nailiyyətlər növbəti illərdə də davam edəcək və ölkə əhalisinin sosial rifahının yüksəlməsinə səbəb olacaq. Qeyri-neft sektorunda kənd təsərrüfatının inkişafı ilə əlaqədar dövlət başçısı fikirlərini bildirib və qeyd edib ki, pambıqçılığa, tütünçülüyə, baramaçılığa diqqət daha da artırılmalıdır. Cənab Prezidentin vurğuladığı kimi ilin birinci yarısında kənd təsərrüfatında 3,1 faiz artım olub, amma bu sahənin potensialı daha böyükdür. Hazırda aqrar sektorun inkişafı ilə əlaqədar böyük işlər görülür və biz qarşıdakı dövrdə bunun uğurlu nəticələrini görəcəyik". Onun sözlərinə görə, baxmayaraq ki, dünyanın bir çox ölkələrində, o cümlədən inkişaf etmiş Avropa ölkələrində sosial böhran var, iş yerləri bağlanır, qeyri-məşğul əhalinin sayı artır, pensiya və müavinətlərin məbləği aşağı düşür, amma Azərbaycanda bu problemlərin heç birini ciddi şəkildə müşahidə etmirik: "Cənab Prezidentin söylədiyi kimi 6 ay ərzində ölkədə 78 min daimi iş yeri açılıb və ilin sonuna qədər bu qədər iş yerinin açılması gözlənilir. Bu da ölkə iqtisadiyyatının dayanıqlı və sabit inkişafından xəbər verir. Əmək haqları, pensiyalar vaxtında verilir, artımlar müşahidlə olunur. Artıq gələn ilin dövlət büdcəsi hazırlanır, yəqin ki, gələn ilin büdcəsində də həm yaşayış minimumunun yüksəlməsi, həm də əməkhaqları və pensiyaların məbləğinin artırılması nəzərdə tutulacaq".
Alim