Qarabağ münaqişəsi Avstriyanın ATƏT-ə sədrliyi dövründə prioritetləri arasında olacaq
Dağlıq Qarabağ münaqişəsi Avstriyanın gələn il ATƏT-ə sədrliyi dövründə prioritetləri arasında olacaq.
14 İyul 2016 12:37 SiyasətDağlıq Qarabağ münaqişəsi Avstriyanın gələn il ATƏT-ə sədrliyi dövründə prioritetləri arasında olacaq.
APA-nın xəbərinə görə, bu barədə Avstriyanın xarici işlər naziri Sebastian Kurz ölkəsinin 2017-ci ildə quruma sədrliyi dövründəki prioitetləri barədə danışarkən bildirib. O deyib ki, münaqişənin həlli üçün davamlı dialoq olmalıdır: "Münaqişənin sülh yolu ilə həllində irəliləyişə nail olmaq üçün bizim davamlı dialoqa ehtiyacımız var".
Dağlıq Qarabağla yanaşı, Ukraynanın şərqindəki münaqişə, Dnestryanı və Gürcüstandakı münaqişələrin həlli də Avstriyanın ATƏT sədrliyi dövründə prioritetləri arasında olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31