Poroşenko Bakıdadır - Foto
14 İyul 2016 09:30 SiyasətUkrayna prezidenti Pyotr Poroşenko iyulun 13-də Azərbaycana rəsmi səfərə gəlib.
"Qafqazinfo"nun məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Ukrayna prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Pyotr Poroşenkonu hava limanında Azərbaycan Respublikası baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31