Sarkisyan aprel məğlubiyyətinə görə İsraildən qisas almağa çalışır

Ermənistan prezidenti Serj Sarkisyan Fələstinin müstəqil dövlət olmasını istədiyini deyib.

Ermənistan prezidenti Serj Sarkisyan Fələstinin müstəqil dövlət olmasını istədiyini deyib.

Anspress bildirir ki,  Livanın "Əl-Mayadin" televiziyasına müsahibəsində Ermənistan prezidenti deyib ki, Fələstin xalqı öz müqəddəratını təmin etmə prinsipindən istifadə etməlidir.

"Biz çox gözəl münasibətlərə malik olduğumuz Fələstinin müsəqilliyinin tərəfdarıyıq"

Sarkisyan deyib ki, Ermənistan ərəb ölkələri ilə ticarət-iqtisadi əlaqələrin daimi inkişafını gözləyir.

Ermənistan prezidentinin bu açıqlaması İsrail hökumətini qıcıqlandıra bilər. Çünki İsrail və Fələstin arasında uzun illərdir ki,  müstəqillik uğrunda silahlı münaqişə var.

Sarkisyanın isə belə bəyanatla çıxış etməsi gözləniləndir. Ona görə ki, İsrailin Azərbaycanla hərbi, iqtisadi və siyasi sahədə isti münasibətləri var.  İsrail Azərbaycanın ən böyük silah tədarükçülərindən biridir. 

Əlbəttə ki, münasibətlərin yaxşı olması Ermənistan rəhbərliyinə sərf etmir. Onlar bu qısqanclıqlarını aprelin əvvəlində Azərbaycan və Ermənistan arasında baş verən qısamüddətli müharibə zamanı tamamilə büruzə verdilər.   

Ermənistan İsrailin Azərbaycan silah satmasına kəskin etirazını bildirmişdi. Çünki Azərbaycan İsraildən aldığı dronlar vasitəsi ilə aprel döyüşləri zamanı böyük uğurlar əldə edib.

Aprelin 4-də Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Azərbaycan ordusu içərisində Ermənistan könüllüləri olan avtobusa zərbə endirib.

Nəticədə 5 erməni könüllüsü ölüb. Erməni tərəfinin iddiasına görə, həmin avtobusu Azərbaycan tərəfi İsraildən aldığı kamikadze-dronu ilə vurub.  

Ermənistan   İsrailə Azərbaycana silah satışını dayandırması üçün etiraz notası da vermişdi.   

2011-ci ildə Azərbaycan İsraillə ümumi məbləği $1,6 milyard həcmində silah və hərbi texnikanın alınmasına dair müqavilə bağlayıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31