Nalbandyan Azərbaycandan şikayət etdi - Kiyevdə
Azərbaycan Vyana və Sankt-Peterburqda qəbul olunmuş razılaşmalara məhəl qoymur.
12 İyul 2016 16:42 SiyasətAzərbaycan Vyana və Sankt-Peterburqda qəbul olunmuş razılaşmalara məhəl qoymur.
Bu açıqlama ilə Ermənistan xarici işlər naziri Edvard Nalbandyan AB-nin Kiyevdə XİN başçıları səviyyəsində keçirilən qeyri-rəsmi "Şərq tərəfdaşlığı" proqramında çıxış edib.
"Vyana və Sankt-Peterburq sammitlərinin məqsədi ilk növbədə Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin stabilləşdirilməsini nəzərdə tuturdu.
Təəssüf ki, hər iki sammitdən sonra Azərbaycan əldə olunan razılaşmaları məhəl qoymayaraq bununla da sülh prosesinin irəliləməsinə mane oldu. Ermənistan ATƏT həmsədrləri ilə birgə Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə nizamlanması üçün səylər göstərəcək".
Görüşünün sonunda "Şərq tərəfdaşlığı" proqramının XİN başçıları səviyyəsində növbəti görüşünün Yerevanda keçirilməsini təklif edib.