Uorlik: “Sülh sazişinin imzalanması istiqamətində irəliləyişin əldə olunması üçün səylərimizi davam etdirəcəyik”

“Həmsədrlərin regiona təcili səfərlə bağlı planları yoxdur, lakin biz tərəflərlə mütəmadi əlaqələrimizi davam etdirəcəyik”. 

"Həmsədrlərin regiona təcili səfərlə bağlı planları yoxdur, lakin biz tərəflərlə mütəmadi əlaqələrimizi davam etdirəcəyik". 

Bunu  açıqlamasında ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib. O bildirib ki, iyulun 11-də Vyanada keçirilən görüşdə həmsədrlər Minsk Qrupu üzvlərini aparılan danışıqlar, o cümlədən ABŞ dövlət katibi Con Kerrinin NATO sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri ilə görüşü və Rusiya prezidenti Vladimir Putinin Sankt-Peterburqda təşkil etdiyi sammit barədə məlumatlandırıblar: "Həmsədr ölkələr hərtərəfli sülh sazişinin imzalanması istiqamətində substantiv danışıqlar üzrə irəliləyişin əldə olunması, ATƏT-in monitorinq missiyasının genişləndirilməsi və araşdırma mexanizmləri ilə bağlı təkliflərin yekunlaşdırılması üçün tərəflərlə yüksək səviyyəli səylərini davam etdirəcək". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31