Lavrov: "Rusiya-Türkiyə münasibətlərində irəliləyiş ümumilikdə regiona müsbət təsir edəcək"
"Rusiya-Türkiyə münasibətləri Moskva ilə Bakının strateji münasibətlərinə təsir etmir. Lakin regionda gərginlik nə qədər az olarsa, Azərbaycan və Rusiya özünü daha yaxşı hiss edər".
12 İyul 2016 11:35 Siyasət"Rusiya-Türkiyə münasibətləri Moskva ilə Bakının strateji münasibətlərinə təsir etmir. Lakin regionda gərginlik nə qədər az olarsa, Azərbaycan və Rusiya özünü daha yaxşı hiss edər".
Məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçiriən birgə mətbuat konfransında deyib.
S. Lavrov qeyd edib ki, Ərdoğanın məktubundan və Çavuşoğlunun Soçi səfərindən sonra münasibətlərdə yaranan irəliləyiş ümumilikdə regiondakı münasibətlərə müsbət təsir edəcək, Suriya məsələsinin həllinə də töhfə verəcək.
"Rusiya ilə Türkiyənin bu məsələdə mövqeyi üst-üstə düşmür. Lakin çalışacağıq ki daha səmimi danışaq, razılaşmalarımızda səmimi olaq, BMTQətnamələrini icra edək", - deyə o bildirib.