BMT Təhlükəsizlik Şurası təcili toplanır
10 İyul 2016 21:14 SiyasətBMT Təhlükəsizlik Şurası Cənubi Sudanda silahlı toqquşmaların bərpası ilə əlaqədar təcili iclas keçirəcək.
APA-nın məlumatına görə, bu barədə Reuters agentliyinə BMT-dəki mənbə məlumat verib.
Xatırladaq ki, Cənubi Sudanın paytaxtı Cube şəhərində hökumət qoşunları ilə müxalifət arasında şiddətli döyüşlər gedir. Son bir neçə gün ərzində ölənlərin sayı 272 nəfərə çatıb. Cənubi Sudanın Səhiyyə Nazirliyi ölənlərdən 33 nəfərin dinc sakin olduğunu bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31