Azərbaycan uğurlu inkişaf yolundadır
Dünya ölkələrində, xüsusilə də, Avropa dövlətlərində baş verən sosial-iqtisadi və siyasi proseslərin təhlili fonunda əminliklə deyə bilərik ki, Azərbaycan uğurlu inkişaf yolundadır, qarşısına qoyduğu məqsədlərə nail olur”.
8 İyul 2016 14:58 SiyasətDünya ölkələrində, xüsusilə də, Avropa dövlətlərində baş verən sosial-iqtisadi və siyasi proseslərin təhlili fonunda əminliklə deyə bilərik ki, Azərbaycan uğurlu inkişaf yolundadır, qarşısına qoyduğu məqsədlərə nail olur". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri yap.org. az saytına millət vəkili Sədaqət Vəliyeva səsləndirib. O, bildirib ki, ölkəmizin qlobal maliyyə-iqtisadi böhranından minimum itkilərlə çıxması, siyasi-hərbi qarşıdurmaların mənfi təsirlərinə məruz qalmaması, əksinə işğal olunmuş torpaqlarının azad olunması üçün diplomatik və hərbi gücünü nümayiş etdirməsi Azərbaycanda həyata keçirilən inkişaf siyasətinin nailiyyətləri və uğurlarıdır: "Bu mənada, Azərbaycanın dinamik inkişafı, siyasi sabitliyi, təhlükəsizliyi xalqımızın sərvətidir və biz bunu qorumalıyıq. Bunun üçün isə hər zaman olduğu kimi bütün məqamlarda Heydər Əliyev siyasətinə, cənab Prezident İlham Əliyevə olan dəstəyimizi nümayiş etdirməliyik".