Varşavada NATO sammiti başladı-- CANLI
18 dövlət başçısının iştirak etdiyi NATO sammitində Qarabağın müzakirəsi gözlənilir.
8 İyul 2016 13:13 Siyasət18 dövlət başçısının iştirak etdiyi NATO sammitində Qarabağın müzakirəsi gözlənilir.
ANS PRESS-in məlumatına görə, Polşa prezidenti Andjey Duda NATO-nun təhlükəsizliyinin gücləndirilməsi və NATO sərhədlərindən kənarda stabilliyin təmin edilməsi ilə bağlı danışıb.
Bu dəqiqələrdə isə NATO-nun Baş katibi Yens Stoltenberq çıxış edir. O, həlli uzadılmış münaqişələr, terrorizmə qarşı mübarizəyə toxunub.
Sammitdə həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq. Bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün Twitter hesabında yazıb.
"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesinin davam etdirilməsi üçün NATO sammiti yaxşı imkandır", - deyə o yazıb.
Bu gün Ermənistan prezidenti Serj Sarkisyan da NATO sammiti çərçivəsində keçiriləcək Əfqanıstandakı "Qətiyyətli Dəstək" missiyasının görüşündə iştirak etmək üçün Varşavaya səfər edəcək. Bu barədə Ermənistan prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir.
Məlumata görə, görüş Alyansa üzv olan və olmayan dövlətlərin prezidentləri və hökumət rəhbərləri formatında keçiriləcək. Səfər çərçivəsində Sarkisyanın Varşavada bir neçə ikitərəfli görüşlər keçirəcəyi bildirilir.
Azərbaycan prezidenti İlham Əliyevin isə artıq Polşanın paytaxtı Varşavaya işgüzar səfəri başlayıb. Səfərin məqsədi NATO-nun sammitində iştirak etməkdir.