Bu gün Avropa Parlamentində Azərbaycan-Aİ çərçivə sazişi müzakirəyə çıxarılacaq
6 İyul 2016 12:09 SiyasətBu gün Avropa Parlamentində Azərbaycan-Aİ çərçivə sazişi müzakirəyə çıxarılacaq
Bu gün Avropa Parlamentinin plenar iclasında Azərbaycanla Avropa İttifaqı arasında çərçivə sazişi müzakirəyə çıxarılacaq.
Sənəd iyunun 16-da Xarici Əlaqələr Komitəsində müzakirə olunaraq qəbul olunub və müzakirə üçün plenar sessiyaya göndərilib.
Qeyd edək ki, "Aİ-Azərbaycan çərçivə sazişi: Azərbaycanın Aİ proqramlarında iştirakı ilə bağlı əsas prinsiplər" adlı sənədin müəllifi rumıniyalı parlamentar Nikolai Norikadır. (APA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31