YAP İdarə Heyətinin iclası keçirilib
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, iclasda 2016-cı ilin ikinci yarısında həyata keçiriləcək tədbirlər və İdarə Heyətinin 2016-cı ilin ikinci yarımilliyinə dair iş planı müzakirə edilib, YAP İdarə Heyətinin 2016-cı ilin birinci yarımillik fəaliyyəti haqqında hesabatı qəbul edilib.
5 İyul 2016 17:17 SiyasətYeni Azərbaycan Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, iclasda 2016-cı ilin ikinci yarısında həyata keçiriləcək tədbirlər və İdarə Heyətinin 2016-cı ilin ikinci yarımilliyinə dair iş planı müzakirə edilib, YAP İdarə Heyətinin 2016-cı ilin birinci yarımillik fəaliyyəti haqqında hesabatı qəbul edilib.
Qeyd olunub ki, 2016-cı ilin birinci yarım ilində Yeni Azərbaycan Partiyasının sıralarına 13 min nəfərdən çox yeni üzv qəbul edilib, bununla da partiya üzvlərinin sayı 679 min nəfəri keçib. Partiyaya daxil olanların sırasında gənclər və qadınlar üstünlük təşkil edib. İclasda YAP İdarə Heyətinin 2016-cı ilin birinci yarım ilinə dair hesabatı, İdarə Heyətinin 2016-cı ilin ikinci yarımilliyinə dair iş planı geniş müzakirə olunduqdan sonra qəbul olunub.