Əsgərimiz şəhid olub

Düşmənin dövlət sərhədimizdə təxribatı nəticəsində əsgərimiz şəhid olub. Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, son üçtərəfli danışıqlarda əldə edilən razılaşmaya baxmayaraq düşmən tərəf atəşkəs rejimini pozaraq Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti dəfə təxribat törədib.

Düşmənin dövlət sərhədimizdə təxribatı nəticəsində əsgərimiz şəhid olub. Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, son üçtərəfli danışıqlarda əldə edilən razılaşmaya baxmayaraq düşmən tərəf atəşkəs rejimini pozaraq Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti dəfə təxribat törədib. İyulun 5-də saat 12:30-da düşmən tərəfinin snayper atəşi nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Vüsal Əmir oğlu şəhid olub. Müdafiə Nazirliyi bildirir ki, düşmən təxribatlarının nəticələrinə görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbir diləyir!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31