Ərdoğan Prezident İlham Əliyevi Ramazan bayramı münasibətilə təbrik edib
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
5 İyul 2016 11:41 SiyasətTürkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Trend Prezidentin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Türkiyə Prezidenti Müqəddəs Ramazan bayramı münasibətilə dövlətimizin başçısını təbrik edib, Azərbaycan xalqına firavanlıq arzularını çatdırıb.
Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə Türkiyə Prezidentinə minnətdarlıq edib, bayram münasibətilə Rəcəb Tayyib Ərdoğana təbriklərini çatdırıb, türk xalqına əmin-amanlıq və tərəqqi arzulayıb.
Dövləti başçıları dostluq və qardaşlıq münasibətlərimizin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə ediblər.