Azay Quliyevin vitse-prezidentliyə namizədliyi təsdiq edildi

ATƏT PA-nın sessiyası çərçivəsində iyulun 4-də keçirilən Büro iclasında deputata Azay Quliyevin iclasda PA-nın prezidenti və vitse-prezidenti vəzifələrinə namizədlərin irəli sürülməsi müzakirə olunub.

ATƏT PA-nın sessiyası çərçivəsində iyulun 4-də keçirilən Büro iclasında deputata Azay Quliyevin iclasda PA-nın prezidenti və vitse-prezidenti vəzifələrinə namizədlərin irəli sürülməsi müzakirə olunub. Bu barədə millət vəkili, ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini Azay Quliyevin özü məlumat verib. Bildirib ki, Prezidentliyə 3, vitse-prezidentliyə 4 nəfərin namizədliyi irəli sürülüb. Səsvermə sabah keçiriləcək. Deputat bildirib ki, vitse-prezidentliyə namizədlər arasında onun da adı var: "Hesab edirəm ki, bizim bu dövrdə apardığımız işlər və bütövlükdə ölkəmizin beynəlxalq arenada son illər əldə etdiyi nailiyyətlər onu deməyə əsas verir ki, Azərbaycan nümayəndəsinin şansı pis deyil. Hər halda, biz sabahkı nəticəni gözləyəcəyik". A.Quliyev qeyd edib ki, bu gün ATƏT PA komitələrində seçkilər yekunlaşıb: "Mən üç il müddətinə ATƏT PA Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini seçilmişəm. Bu, mənim axırıncı iclasım idi. Bizim yeni rəhbərliyin seçkisi də olub. ABŞ senatoru Rocer Viker yenidən komitənin sədri seçilib. İtaliyadan olan nümayəndə Guglielme Pikki sədr müavini və İsveçdən olan xanım məruzəçi, deputat Marqareta Sederfelt yenidən komitənin rəhbərliyinə seçilib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31