İlham Əliyev Kanadanın general-qubernatorunu təbrik edib

Prezident İlham Əliyev Kanadanın general-qubernatoru Devid Constona təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Hörmətli cənab General-Qubernator,

Ölkənizin milli bayramı - Kanada günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Kanada xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31