Əliyevlə Sərkisyan bu dəfə Fransada görüşəcəklər
30 İyun 2016 16:43 SiyasətAzərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sərkisyanın növbəti görüşü Fransada baş tutacaq.
Bu haqda xarici işlər naziri Elmar Məmmədyarov Bakıda Almaniya xarici işlər naziri Frank Valter-Ştaynmayerlə keçirdiyi brifinqdə deyib. "Fransa prezidentlərin növbəti görüşünə ev sahibliyi etmək üçün təklif verib. Biz buna qarşı deyilik. Prezidentlərin növbəti görüşü Fransada olacaq"-nazir bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31