Almanların Azərbaycanda məskunlaşmasının 200 illiyi UNESCO çərçivəsində qeydediləcək

"Alman mədəniyyətinin Azərbaycanda bərpası ilə bağlı Almaniya Xarici İşlər Nazirliyinə məktub ünvanlamışıq". 
 
Məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Elmatr Məmmədyarov almaniyalı həmkarı, ATƏT-in fəaliyyətdə olan sədri Frank Valter Ştaynmayerlə görüşdən sonra keçirilən birgə mətbuat konfrasında deyib.
 
Nazir almanların Azərbaycanda ilk dəfə 1817-ci ildə məskunlaşdıqlarını bildirib.
 
"Onlar hazırda da Azərbaycanın bəzi bölgələrində yaşayırlar. Gədəbəydə "Siemens muzeyi"nin bərpası barədə təklif var. Həmçinin təklif etmişik ki, Göygöldə almanlara məxsus ev muzeyi bərpa olunsun. Almaniya XİN-ə göndərdiyimiz məktubda müxtəlif məsələlər əksini tapıb. Almanların Azərbaycanda məskunlaşmasının 200 illiyini UNESCO çərçivəsində qeyd edəcəyik", - deyə E. Məmmədyarov vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31