Ermənistanın Türkiyəyə başsağlığı verməsi
30 İyun 2016 14:56 SiyasətAydın Mirzəzadə: "Çıxılmaz vəziyyətdə olmasından irəli gələn məcburi addım idi"
Ermənistan prezidenti Serj Sərkisyan İstanbuldakı terror hadisəsi ilə bağlı Türkiyəyə başsağlığı verib. "OLAYLAR"-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bildirən millət vəkili Aydın Mirzəzadə deyib ki, bu qonşuluq və diplomatik etika yox, Ermənistanın çıxılmaz vəziyyətdə olmasından irəli gələn məcburi addım idi: "Ötən il Rusiya-Türkiyə münasibətləri pisləşəndə buna ən çox sevinən və sonradan bu gərginliyin dərinləşməsinə ən çox səy göstərən də Ermənistan idi. Ancaq tarixi proses Ermənistanın istəyinin əleyhinə olaraq iki nəhəng dövlətin dostluğunu bərpa etdi. Artıq Moskvada Ermənistanın türklər haqqında qorxulu nağılları keçmir". Millət vəkili hesab edir ki, Rusiya Anadolu siyasətini Ermənistanın çirkin düşmənçilik maraqları ilə deyil, öz milli maraqları üzərində qurmağa başlayır: "Bu situasiyada isə Ermənistan dişini-dişinə sıxaraq Türkiyəyə başsağlığı verir. Yada salaq ki, Xocalı soyqırımında iştirakından qürur duyan Sərkisyan , Ermənistanın müdafiə və milli təhülkəsizlik naziri olarkən Ermənistan xüsusi xidmət orqanları tərəfindən Bakıda bir sıra terror hadisələri törədlimişdi. İndi isə belə bir insan terror hadisəsinə görə başsağlığı verir".