ATƏT sədrinin sepratçıların lideri ilə görüşü
30 İyun 2016 14:44 SiyasətBu qurumun münaqişənin həlli prosesində verəcəyi dəstəyə kölgə salmış oldu
"ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer Ermənistana səfəri çərçivəsində İrəvanda Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanla görüşməsi, bu qurumun münaqişənin həlli prosesində verəcəyi dəstəyə kölgə salmış oldu". Bu fikirləri "OLAYLAR"-a politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, qeyd edib ki, ümumiyyətlə separatçılar münaqişədə tərəf deyillər, onlarla müzakirə predmeti isə böyük bir təşkilatın nüfuzuna xələl gətirən bir gedişdir, konfliktə ikili standartlar çərçivəsindən yanaşmadır: "Görünür ATƏT-də separatçıları danışıqlar masasına gətirməyə cəhd edir. ATƏT sədrinin Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir rolu olmayan, hətta Ermənistan tərəfindən hüquqi cəhətdən tanınmayan qondarma rejimlə nəyi müzakirə edir? Bunu Bakıya səfər edən ATƏT sədrindən soruşmaq lazımdır. ATƏT artıq Cənubi Qafqazda konfliktlərin həllində mühüm rol oynaya biləcək statusa malik deyil".