ADP beynəlxalq birliyə çağırış etdi

Terrora qarşı bütün səylər birləşdirilsin

Azərbaycan Demokrat Partiyası Türkiyədə baş verən qanlı terror nəticəsində həlak olanların ailələrinə və Türkiyə dövlətinə başsağlığı ünvanlayıb. Bu barədə məlumat "OLAYLAR"-a partiyadan daxil olub. Baş sağlığı məktubunda ADP Türkiyə hökumətinin qanlı terror hadisəsindən sarsılmayacağını, istər daxildən, istərsə də xaricdən Türkiyəyə qarşı yönələn terror hadisələrinə qarşı mətinliklə sinə gərəcəyinə, Türkiyənin bütövlüyünü, demokratik qurulyşunu qoruyacağına əmin olduğunu bildirib. ADP terrorun harada olmasından asılı olmayarq insanlıq üçün qorxu, vahimə yaratdığını, demokratik dövlətlərin siyasi nizamımı pozulmağ yönəldiyini, ölkə həyatının dincliyini, sabitliyini pozmağa istiqamətləndiyini diqqətə çatdırıb və bütün dünya dövlətlərini Türkiyədə baş verən son terror olaylarına qarşı səssiz qalmamağa, bu ağır günlərdə Türkiyə ilə həmrəy olmağa, terrorla mübarizədə beynəlxalq səyləri birləşdirməyə çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31