Azərbaycanın Cənubi Qafqazda möhkəmlənməsi bəzi dövlətləri narahat edir
Aprel hadisələrindən sonra regionda yeni bir situasiya yarandı desək yanılmarıq. Məlum olaylar ilk növbədə regionda marağı olan qüvvələrə, ölkələrə bir daha sübut etdi ki, Azərbaycanın istər siyasi, istər iqtisadi, istərsə də hərbi sahədə regionun lider dövlətidir.
30 İyun 2016 13:31 SiyasətErmənistanın getdikcə siyasi-iqtisadi geriliyi ölkəmizin işğalçılar üzərində üstünlüyünü şərtləndirir
Aprel hadisələrindən sonra regionda yeni bir situasiya yarandı desək yanılmarıq. Məlum olaylar ilk növbədə regionda marağı olan qüvvələrə, ölkələrə bir daha sübut etdi ki, Azərbaycanın istər siyasi, istər iqtisadi, istərsə də hərbi sahədə regionun lider dövlətidir. Ona görə də istənilən dövlət Cənubi Qafqaz regionu ilə bağlı məsələdə Azərbaycanla ehtiyatlı davranmaq məcburiyyətindədir. Təsadüfi deyil ki, elə bundan sonra bəzi qonşu ölkələr Azərbaycanın gücünü bir daha dişlərinə vuraraq Bakı ilə daha mülayim, dostcasına davranmağa, münasibətləri bir qədər də istiləşdirməyə üstünlük verdilər. Heç şübhəsiz ki, bu ölkələr sırasında cənub qonşumuz İran İslam Respublikası da vardı. Xüsusilə, Qərblə münasibətləri normallaşdırdıqdan sonra Avropa bazarlarına səmərəli çıxış imkanı kimi Azərbaycanı görən İran bu istiqamətdə əlaqələri daha da genişləndirdi. Qarşıda isə əməkdaşlığı bir qədər də genişləndirmək üçün yeni imkanlar vardı. Lakin son günlər rəsmi Tehranın xarici siyasətində, xüsusilə Ermənistanla münasibətlərində sərgiləmiş olduğu mövqe İranın Azərbaycanla əməkdaşlıqda o qədər də səmimi olmadığını ortaya qoyur. Belə ki, xəbərlərdən də aydın olduğu kimi bu günlərdə işğalçı ölkənin xarici siyasət idarəsinin rəhbəri İranda səfərdə olub və bu səfər zamanı İslam Respublikasının prezidenti Həsən Ruhaninin Ermənistana səfəri barədə razılıq əldə edilib. Halbuki İran prezidentinin Ermənistandan əvvəl Azərbaycana gələcəyi razılaşdırılmışdı. Heç şübhəsiz ki, Tehranın mövqeyində müşahidə edilən bu dəyişiklik və Ermənistan sevgisi Bakıda haqlı narazılıq yaradıb. İranın bu addımına həm rəsmi, həm də qeyri-rəmsi səviyyələrdə iradlar bildirilib.
Müstəqil ekspert Əlabbas Məhərrəmli də deyir ki, İranin belə addim atmasi İslam həmrəyliyinə ziddir: "Bu məsələdə Fars rejimi həmişə İslam həmrəyliyindən daha çox siyasi maraqlarinı düşünüb. Burada Rusiya faktorunu da unutmaq olmaz. Bilirsiniz ki, İran Rusiya münasibətləri həmişə yaxın olub. Ona görə İran həmişə Ermənistana arxa cevirməyib. Amma İran danışığı kimi əməlində də şəffaf olmalidir. Necə ola bilər məsciddə donuz saxlayan bir rejimin əlini sixasan? Necə ola bilər ki, müsəlman qardaşlarını, bacılarını vəhşicəsinə öldürən bir rejimlə münasibət qurasan?". Ekspert deyib ki, Azərbaycan xalqı İranin bu siyasətini pisləməlidir: "İranda çoxlu din alimləri var. Həmin alimlərə belə siyasətin dəyişilməsi üçün müraciətlər olunmalıdır"
Politoloq Məhəmməd Əsədullazadə qeyd edir ki, Azərbaycanın aprel döyüşlərində Ermənistan üzərində əzici üstünlük qazanması, regionda hərbi balansı öz xeyrinə dəyişərək, torpaqlarını güc yolu ilə qaytarılmasını daima gündəlikdə saxlaması müəyyən dövlətləri narahat edir. Onun sözlərinə görə, Cənubi Qafqazda Azərbaycanın mövqeyinin möhkəmlənməsi, Ermənistanın getdikcə siyasi-iqtisadi geriliyi ölkəmizin işğalçılar üzərində həm diplomatik, həm də hərbi üstünlüyünü şərtləndirir: "Təssüf ki, daima dildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, "müsəlman həmrəyliyini" əlində bayraq tutan İran rəsmləri, aprel döyüşlərindən sonra Ermənistanla sıx diplomatik və iqtisadi əlaqələri möhkəmləndirməyə başlayıb. Görünür, İran Ermənistanın məğlubiyyətə düçar olmasını qəbul etmək istəmir, işğalçı bir ölkəyə öz dəstəyini ifadə edərək, torpaqlarımizin işğalda qalmasına zəmin yaradır. Güclü Azərbaycan İranın Cənubi Qafqazda siyasətini buxovlayır və İranın regiona təsir imkanlarını məhdudlaşdırır". Politoloqun sözlərinə görə, İranın Ermənistanla müttəfiq əlaqləri Azərbaycan əleyhinə yönəlmiş bir ittifaqdır: "İran işğal olunmuş Azərbaycan ərazilərinin geri qaytarılmasında maraqlı deyil .Çünki, işğal faktoru İranın Azərbaycana şantaj siyasətinə zəmin yaradır . Ermənistan İran üçün iqtisadi cəhətdən əlverişli ölkə deyil. Lakin İranın Ermənistana son dövrlər can atması region siyasətində Azərbaycana qarşı yönəlib. Bunun aprel döyüşlərindən sonra daha da intensivləşməsi suallar doğurur və İran prezidentinin Bakıya səfərində bu suallara aydınlıq gətirilməsi prezidentlərin ikiterefli görüşündə qaldırılmalıdır". Məhəmməd Əsədullazadə təssüf hissi ilə qeyd edir ki, İran Qarabağda İslam dini ocaqlarının məhv edilməsinə, seyrçi qalmaqdadır: "Ermənilər isə dünyada, Qarabağda xristian din aimilindən istifadə etməkdədirlər. Ora xristian məbədlərini (qədim Alban məbədlərini ermənilər özününküləşdiriblər) qorumaq üçün xristianlara müraciət ünvanlaylr, xristianlığın İslamda son qalası kimi təqdim edirlər. Qarabağda kilsələrin qorunması üçün döyüşçü rahiblər cəlb edirlər. İran isə nəinki müsəlman qətlinə, İslam ocaqlarını dağıdanlarla səmimi görüşür, hətta onlara yardım əlini uzadır. Ermənustan XİN rəhbəri Qarabağ məsələsində tutduğu mövqeyə görə İrana təşəkkür edir və s". Məhəmməd Əsədullazadənin qənaətincə, İranın İslam dünyasında qəbul edilməməsinin səbəbi, Tehranın səmimi siyasətinin olmaması və İslamdan siyasi məqsədləri üçün istifadə etməsidir: "Həmçinin bu konfilitkli bölgələrə ikili yanaşmasından irəli gəlir. İran İsraillə düşmənçiliyi Fələstin məsələsinə görə deyil. Güclü İsrail, İranın Yaxın Şərqdə güclənməsinin qarşısın alır və İran üçün başlıca rəqibdir. İranın Azərbaycan ərazilərininin işğal faktoruna siyasəti ABŞ və Rusiyanın siyasəti ilə üst-üstə düşür. Ona görə də indiiki halda Cənubi Azərbaycanlıların İranın Ermənistanla əlaqələrinə ciddi etiraz etməsi mütləqdir".
Süleyman