ATƏT sədri Dağlıq Qarabağ separatçılarının lideri ilə görüşüb
30 İyun 2016 11:24 SiyasətATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer Ermənistana səfəri çərçivəsində bu gün səhər İrəvanda Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanla görüşüb.
Məlumata görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair fikri mübadiləsi aparılıb, yaranmış vəziyyətdən çıxış yolları müzakirə olunub.
Qeyd edək ki, ATƏT sədrinin iyunun 29-da regiona səfəri başlayıb. O, dünən Ermənistanda görüşlər keçirib, bu gün isə Azərbaycana gəlir.
İyulun 1-də isə Ştaynmayer Gürcüstana səfər edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31