Bunu Milli.Az-a açıqlamasında təhlükəsizlik və regional geosiyasət məsələləri üzrə ekspert Arzu Nağıyev deyib.

A.Nağıyev qeyd edib iki, Türkiyə bu gün müxtəlif dövlətlər tərəfindən təhdidlərdən, ziddiyyətlərlə dolu siyasi proseslərdən də sığortalanmayıb. Hətta məlumdur ki, ölkə daxilində parlamentdə təmsil olunan siyasi partiyalar içində terror təşkilatlarını dəstəkləyəni də var.

Ekspert terror aktına görə məsuliyyəti niyə məhz İŞİD-in öz üzərinə götürməsini isə belə izah edib: "İŞİD son zamanlar tənəzzülə uğradığına, zəiflədiyinə görə, bununla özünü bir daha büruzə verməyə çalışır və demək istəyir ki, mən hələ varam. Digər tərəfdən bu, digər xüsusi xidmət orqanlarına da xeyir edir ki, kimsə məsuliyyəti öz üzərinə götürsün. İŞİD bu gün sanki nağıllardakı mənfi obraz kimidir, kimin nə günahı varsa, İŞİD-in boynuna yıxır. Bundan əlavə, bəzi digər qüvvələrə xeyir edir ki, desinlər ki, guya bu ABŞ və ya digərləri tərəfindən Türkiyənin Rusiya və İsrail ilə münasibətlərin düzəlməsi istiqamətində atdığı son addımlara görə törədilib. Lakin fikrimcə, bu terror aktının həmin siyasi proseslərlə üst-üstə düşməsi təsadüfdür. Çünki bu miqyasada terror aktını 2, 3 və 5 günə hazırlamaq mümkün deyil. Terrorçular hadisənin gününü əvvəlcədən təyin edə bilərdilər, amma ona ümumi hazırlıq ayların, illərin işidir".

Qeyd edək ki, iyunun 28-də gecə Türkiyənin İstanbul şəhərindəki Atatürk Hava limanında 3 terrorçu-kamikadzenin hücumu nəticəsində, rəsmi məlumatlara görə, 36 nəfər dünyasını dəyişib, 147 nəfər yaralanıb.