Ərdoğanın məktub müəmması: mətndə “bağışlayın” sözü olmayıb!

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Putinə göndərdiyi məktubda “bağışlayın” sözü olmayıb. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Putinə göndərdiyi məktubda "bağışlayın" sözü olmayıb. 

Musavat.com-un məlumatına görə, bu barədə Gazeta.ru "Anadolu" Agentliyinə istinadən xəbər yayıb.

Türkiyə prezidentinin yaxın çevrəsindəki mənbələrin bildirdiyinə görə, məktubda yalnız "Su-24" təyyarəsinin həlak olan pilotunun ailəsinə başsağlığı və üzüntü əksini tapıb və "təəssüf edirəm" ifadəsi yer alıb. 

Nəşr bildirdiyinə görə, məktubda həmçinin, pilotun ailəsinə hər hansı təzminatın ödənilməsi haqda heç nə deyilmir. 

Yada salaq ki, Kremlin mətbuat katibi Dmitri Peskov məktubda "bağışlayın" sözünün olduğunu söyləmişdi. Lakin bu sözün Putinə deyil, pilotun ailəsinə ünvanlı olduğu üzə çıxdı. İndi isə məlum olur ki, Ərdoğan ümumiyyətlə, belə bir söz işlətməyib. Məktubla bağlı dünənki, ilkin açıqlamasında da o, bu sözü söyləmədi. 

Maraqlıdır Ki, Türkiyənin bəzi rəsmiləri də məktubda üzr istənilməsi deyil, peşmançılıq ifadə olunmasından söhbət getdiyini bildiriblər. Belə çıxır, Rusiya və Putin üçün ən vacib sözü mətnə Kremldə əlavə ediblər.

Məsələdə son nöqtəni yəqin ki, sabah - 7 aylıq fasilədən sonra Putinlə telefon danışığı aparacaq Ərdoğan özü qoya bilər. Yaxud məktubun türkcə mətninin açıqlanması lazım gələcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31