İsveç azərbaycanlıları etiraz bəyanatı yayıb

Skandinaviya Azərbaycanlıları Konqresi faşist generalı, Njde kimi tanınan Qaregin Ter-Arutunyana Ermənistan paytaxtında heykəl qoyulması ilə bağlı etiraz bəyanatı yayıb. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, İsveç Baş nazirinə, Xarici İşlər Nazirliyi, Parlament, İsveçdəki Avropa Evinə və bir neçə yəhudi cəmiyyətinə göndərilən bəyanatda Ermənistanın bu addımı nasist ideologiyasının yenidən dirçəldilməsi kimi qiymətləndirilib. Müraciətdə bildirilir ki, Ermənistan dövləti və onun prezidenti Serj Sarkisyan Hitler nasizminin əlaltıları haqqında qəhrəman imici yaratmağa cəhd göstərir: "Rəsmi Yerevan və dünya erməniləri Hitler və onun yaxın adamları olan erməni generalları Njde ilə Dronun (Drastamat Kananyan) adlarını təmizə çıxarmaq üçün bütün imkanlardan istifadə edir. Halbuki Ermənistanın bu "milli qəhrəman"ları Ukrayna və Polşada on minlərlə dinc insanın qırğınına, yəhudilərə və nasist ideologiyasına "uyğun gəlməyən" digər xalqlara qarşı qanlı cinayətlərə, Hitlerin ölüm düşərgələrində həyata keçirilən kütləvi qətllərə görə tarix qarşısında məsuliyyət daşıyır". Sənəddə həmçinin qeyd olunur ki, ermən ilegionunun öz hesabatlarında təkcə Qərbi Krımda 20 mindən çox dinc sakinin qətlə yetirildiyi etiraf olunur. Müraciətdə dünya birliyinin faşizmin bütün təzahürlərini pislədiyi bir vaxtda Ermənistanın dünyaya açıq-aşkar meydan oxuduğu İsveç rəhbərliyinin diqqətinə çatdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31