Bələdiyyələr DSMF-ya külli miqdarda borclu qalıblar

QHT sədri Prezidentə müraciət ünvanlayıb
 

"Bələdiyyələrin fəaliyyətinin təbliği" İctimai birliyinin sədri Vüqar Tofiqli Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə müraciət ünvanlayıb. Müraciətdə deyilir ki, cari ildə bələdiyyə sisteminin fəaliyyətini təhlill etdikdə və bu istiqamətdə apardığımız araşdırmalar nəticəsində məlum olub ki, bələdiyyə sisteminin inkişafına müəyyən mənada mənfi təsir edən bir sıra amil mövcuddur: " Bunlardan birincisi bələdiyyələrin Dövlət Sosial Müdafiə Fonduna (DSMF) olan borclardır. Hazırda bu borcların hesabatı aparılmasa da bizim təxmini hesablamalarımız göstərir ki, üst-üstə 1607 bələdiyyənin DSMF-yə olan borcu 3 milyon manata yaxınlaşır. Kənd bələdiyyələrinin 50 faizdən artıq hissəsinin bank hesablarına borca görə sərəncam qoyulub. Bu borcların müəyyən hissəsi borcdan yananan peniyalar təşkil edir. Misal olaraq qeyd edək ki, illik büdcədaxilolmaları 130.800 manat olan 21 Samux bələdiyyəsinin DSMF yə borcu 210 min manata yaxındır. Hazırda DSMF-yə borcun həcmi 2000 manatdan başlayaraq 400 min manatadək artır. Əlavə edək ki, araşdırmalar göstərir ki, bu borc əsasən təcrübəsizlikdən və bəzi sədrlərin məsuliyyətsizliyindən yaranıb. 2014-cü il bələdiyyə seçkilərindən sonra seçilən gənc və enerjili sədrlərin əsas məqsədi bu borcların silinməsinə nail olmaqdır. Ancaq indiki şəraitdə borcların silinməsi mümkün olmadığından bələdiyyələr cəmiyyətdə sakinlərə verdikləri sözə əməl edə bilmir, nəticədə problemlər yaşanır.
Sizin daim bələdiyyə sisteminə göstərdiyiniz qayğı və diqqəti nəzərə alaraq, bələdiyyə sisteminə faəliyyətləri üçün növbəti addım kimi bələdiyyələrin DSMF-yə olan borclarının silinməsiylə bağlı mexanizmlərin hazırlanmasına göstəriş verməyinizi xahiş edir, addımınızla ümumlikdə bələdiyyə sisteminin qarşılaşdığı bu problemi aradan qaldırlımasına yardım etmiş olacaqsınız".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31