Qarabağ məsələsi ATƏT-in illik konfransının gündəliyinə daxil edildi
28 İyun 2016 15:38 Siyasətİyunun 28-də ATƏT-in Vyanadakı mənzil qərargahında təhlükəsizlik sahəsində problemlərin icmalı üzrə illik konfrans başlayır. "Olaylar" xəbər verir ki, konfransın bir sessiyası ATƏT məkanındakı münaqişəli vəziyyətlər və onların regionda təhlükəsizliyə təsirinə həsr olunacaq. Ən problemli ocaqlar arasında ayrıca sessiyanın həsr olunduğu Ukrayna ilə yanaşı, Dağlıq Qarabağ və Dnestryanını da var. Rusiyanın ATƏT yanında daimi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib ki, bu mövzularla əlaqədar "hələlik öyünməli heç nə yoxdur". Bununla yanaşı ATƏT Vyana və Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentlərinin müzakirələrindən sonra nəzərə çarpan "ehtiyatlı müsbət trend"in olduğunu da qeyd edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31